Gözün hərəki siniri

Gözün hərəki siniri (lat. nervus oculomotorius) — bir başlanğıc nüvəyə malikdir. Onun nüvəsi — lat. nucleus nervi oculomotorii böyük beyin ayaqcıqları qapağında, yuxarı təpəciklər səviyyəsində yerləşmişdir. Bu nüvənin altında kirpik əzələsini və göz bəbəyini daraldıcı əzələni innervasiya edən lat. nucleus accessorius (vegetativus) nervi oculomotorii (Vestfal-Edinger və ya Yakuboviç nüvəsi) və tən orta tək parasimpatik nüvə vardır. Gözün hərəki siniri böyük beyin ayaqcığının içəri tərəfində ayaqcıqlararası çuxurda — lat. sulcus medialis cruris cerebri deyilən şırımdan beyin əsasına çıxır. Buradan önə və bayır tərəfə dönərək, dal maili çıxıntının və mağaralı cibin bayır kənarı ilə göz yuvasının yuxarı yarığına çatır və bunun içəri bucağından (vətər halqasından) göz yuvasına daxil olub iki şaxəyə — lat. rami superior et inferior bölünür.

Gözün hərəki siniri
Azan sinirDil-udlaq siniriÜz siniriÜçlü sinirGörmə siniriQoxu siniriGözün hərəki siniriBlok siniriUzaqlaşdırıcı sinirDəhliz-ilbiz siniriDilaltı sinirƏlavə sinir
Kəllə sinirlərinin diaqrammı
Latınca n. oculomotorius
Qrey subyekt 198 882
Başlanır oculomotor nucleus, Edinger-Westphal nucleus
MeSH Oculomotor+Nerve
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gözün hərəki sinirinin tərkibində: 1) göz əzələlərini (yuxarı çəp və bayır düz əzələdən başqa) və yuxarı göz qapağını qaldıran əzələni innervasiya edən efferent (hərəki) liflər; 2) gözün əksər əzələlərindən proprioseptiv qıcıqları daşıyan afferent (hissi) liflər; 3) göz bəbəyini daraldıcı əzələni və kirpik əzələsini innervasiyaedici (gözün hərəki sinirinin əlavə — vegetativ nüvəsindən çıxan) qanqliondan qabaqki (preqanqlionar) parasimpatikliflər vardır. Bundan əlavə gözün hərəki siniri mağaralı cibi keçərkən mağaralı kələfdən göz alması damarlarına məxsus simpatik liflər, nəhayət göz yuvasının yuxarı yarığını keçdikdə göz sinirindən (lat. n. ophtalmicus) hissi liflər qəbul edir.

Beləliklə gözün hərəki siniri gözün yuxarı, içəri və aşağı düz, aşağı çəp əzələlərini, yuxarı göz qapağını qaldıran əzələni, göz bəbəyini daraldan əzələni, akkomodasiyanı tənzim edən kirpik əzələni innervasiya edir və qeyd olunan göz əzələlərindən proprioseptiv qıcıqları (əzələ-oynaq hissini) beyinə daşıyır.

Gözün hərəki sinirinin şaxələri

[redaktə | mənbəni redaktə et]

1. lat. ramus superior — yuxarı şaxə görmə sinirindən bayır tərəfə çəp istiqamətdə yuxarı və önə doğru gedərək gözün yuxarı düz əzələsinə və yuxarı göz qapağını qaldıran əzələyə şaxələr verir.

2.lat. Ramus inferior — aşağı şaxə görmə sinirinin altında yerləşərək üç şaxəyə bölünür: biri — gözün aşağı düz əzələsinə, digəri — gözün içəri düz əzələsinə və üçüncüsü — gözün aşağı çəp əzələsinə daxil olur. Bunlardan başqa aşağı şaxə kirpik qanqlionuna məxsus gözün hərəki sinirindən gələn kök — lat. radix oculomotoria (radix brevis ganglii ciliaris – BNA) adlı şaxəcik verir; bu şaxəciyin tərkibi ilə gözün hərəki sinirində olan parasimpatik preqanqlionar sinir lifləri kirpik qanqlionuna gedir.

Kirpik qanqlionu

[redaktə | mənbəni redaktə et]

Kirpik qanqlionu — lat. ganglion ciliare parasimpatik qanqliondur. Gğz yuvasının dal hissəsində görmə sinirinin bayır tərəfində yerləşmişdir, özü də çoxqütblü qanqlioz hüceyrələrdən təşkil olunmuşdur. Bu üç kık (şaxə) alır; Hərəki kök — lat. radix oculomotoria, hissi kök — lat. ramus communicans cum nervo naso çiliari (radix longa ganglii ciliaris – BNA) və simpatik kök — lat. ramus sympaticus ad ganglion ciliare.

Kirpik qanqlionu hərəki kökünü — gözün hərəki sinirinin aşağı şaxəsindən, hissi kökünü — göz sinirinin lat. n. nasociliaris adlanan şaxəsindən və simpatik kökünü — simpatik mağaralı kələfdən alır. Hərəki kökü — göz bəbyini daraldıcı əzələyə və akkomodasiyanı tənzim edən kirpik əaələsinə məxsus parasimpatik (preqanqlionar) liflər, hissi kökü — göz almasına məxsus liflər (ağrı, hərarət və təzyiq qıcıqlarını daşıyan liflər) və simpatik kökü — göz bəbəyini genəldici əzələyə məxsus hərəki və göz alması damarlarına məxsus vazomotor liflər daşıyır. Kirpik qanqlionundan qısa kirpik sinirləri — lat. nn. ciliares breves adlanan kiçik şaxələr xaric olur; bunlar göz almasının dal tərəfində göz ağını dələrək onun özündə damarlı qişada, buynuz qişasında, kirpikli cisimdə və güzehli qişada şaxələnir və yuxarıda göstərilən törəmələri innervasiya edir.