Çığırğan cüllüt

Vikipediya, azad ensiklopediya
Vago (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:58, 15 iyun 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Çığırğan cüllüt
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımfəsilə:
???:
Çığırğan cüllüt
Beynəlxalq elmi adı

Çığırğan cüllüt (lat. Vanellus gregarius)) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir.

Qısa təsviri

Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir [3].

Yayılması

Avropa, Asiya və Afrikada yayılıb [4]. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarında, Abşeron-Qobustanda [5][6][7][8][9], Naxçıvan MR-də Araz və Əlincəçay sahillərində rast gəlinir [10].

Yaşayış yeri və həyat tərzi

Çaylara, göllərə və subasarlara yaxın yarımsəhra və bozqırlar əsas yaşayış yerləridir. Gündüz fəal olur. Qeyri-müntəzəm qışlayan və miqrasiya dövründə müvəqqəti məskunlaşan növdür. Cücü və bitki yeyir [11][12].

Məhdudlaşdırıcı amillər

Yaşayış yerlərinin meyvə-tərəvəz və texniki bitkilər altında istifadəsi və böyük sayda mal-qara otarılması bu quşu da sıxışdırır.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Abşeron, Şirvan və Ordubad Milli Parkları, Dövlət Təbiət Yasaqlıqlarında optimal şəraiti var. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan Muxtar Respublikasının (2007) Qırmızı kitablarına, Ramsar, Bern və Bonn konvensiyalarına, AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Növün qorunmasının maarifçiliyi gücləndirilməlidir.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;
  4. Винокуров А.А. Редкие и исчезающие животные. Птицы. М. Высшая школа, 1992, с. 206-207;
  5. Тугаринов А.Д., Козлова Е.В. Зимовка птиц в Талыше // Тр. Аз. ФАН ССР, Зоол. серия., т. XXXIV, 1935, с. 43;
  6. Гамбаров К.М. Материалы по птицам Абшеронского полуострова // Уч. зап. АГУ им. С.М. Кирова, сер. биол. наук. 1958, № 1, с. 69;
  7. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 81;
  8. Babayev İ.R. Şəxsi gündəliyindən. 2003;
  9. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;
  10. Talıbov T.H. Çığırqan çöküküburun–Chettusia gregaria Pall. // Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı. Cild 1. Naxçıvan, “Əcəmi”, 2006, s. 119-120.
  11. Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu. Bakı, “Elm”, 2000, s. 81;
  12. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 82;

Ədəbiyyat

  1. Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис. Изд. Кавказ. музея, 1885, с. 331-332;
  2. Бабаев И.Р. Размещение и численность редких видов водно-болотных птиц на прибрежной полосе Азербайджанского сектора Каспия // IV международная конференция “Биологическое Разнообразие Кавказа” посвященная 60-летию со дня рождения заслуженного деятеля науки РФ, академика РЭА, профессора Абдуррахманова Г.М. Махачкала, 2002, с. 72-74;
  3. Babayev İ.R. Lənkəran ovalığında su və sahil quşlarının yayılması və kəmiyyət göstəriciləri // Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Biologiyada elmi nailiyyətlər” mövzusunda Respublika elmi konfransının materialları (22-23 may). Bakı Universiteti nəşriyyatı, 2009, s. 373-374; # Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

Həmçinin bax