Qoca qartalın ölümü (roman)

Vikipediya saytından
Samral (müzakirə | töhfələr) (Səhifə "{{Kitab | Adı = Qoca qartalın ölümü | Orijinal adı = | Şəkil = Qoca qartalın ölümü (roman).jpg | Şəkil ölçüs..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 13:03, 4 iyul 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qoca qartalın ölümü
Əsərin 2018-ci il nəşrinin üz tərəfi
Əsərin 2018-ci il nəşrinin üz tərəfi
Müəllif Fərman Kərimzadə
Janr Tarixi roman
Orijinalın dili Azərbaycanca
Orijinalın nəşr ili 1991
Nəşriyyat Bakı Kitab Klubu (2018)
Tiraj 100

Qoca qartalın ölümüFərman Kərimzadənin sonuncu tarixi romanı.

Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur.

Məzmun

F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir.

Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir.

Nəşr

Roman ilk dəfə vəfatından sonra Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası 1991-ci ildə, latın qrafikası ilə isə 2018-ci ildə Bakı Kitab Klubunda nəşr edilib. Bu nəşrə romandan əlavə ədibin povesthekayələri də daxil edilmişdir.[1]

İstinadlar

  1. "Qoca qartalın ölümü" (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.

Xarici keçidlər