Qoca qartalın ölümü — Fərman Kərimzadənin sonuncu tarixi romanı.
Qoca qartalın ölümü | |
---|---|
| |
Müəllif | Fərman Kərimzadə |
Janr | Tarixi roman |
Orijinalın dili | Azərbaycanca |
Orijinalın nəşr ili | 1991 |
Nəşriyyat | Bakı Kitab Klubu (2018) |
Tiraj | 100 |
Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur.
F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir.
Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir.
Roman ilk dəfə müəllifin vəfatından sonra Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1991-ci ildə, latın qrafikası ilə isə 2007-ci ildə "Seçilmiş əsərləri"nin 5-ci cildində "Ağrıdağ" nəşriyyatında nəşr edilib. Sonuncu nəşr 2018-ci ildə Bakı Kitab Klubunda təkrar nəşr edilib. Bu son iki nəşrə romandan əlavə ədibin povest və hekayələri də daxil edilmişdir.[1]