Fərman Kərimzadə

Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı[2] yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.

Fərman Kərimzadə
Doğum tarixi 3 mart 1937(1937-03-03)
Doğum yeri
Vəfat tarixi 17 mart 1989(1989-03-17) (52 yaşında)
Vəfat yeri
Uşaqları Əziz Kərimzadə
Yeganə Kərimzadə[1]
Fəaliyyəti kinorejissor, yazıçı, ssenarist
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Fərman Kərimzadə Vikimənbədə

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir.

F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin[3], "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

F. Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.

  1. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  2. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-əsər müəllifi, ssenari müəllifi
  3. Bizim küçənin oğlanları (film, 1973)
  4. Camışçılıq (film, 1966)
  5. Çətirimiz buludlardır (film, 1976)
  6. Daş dözür (film, 1973)
  7. Dərviş Parisi partladır (film, 1976)
  8. Dörd bazar günü (film, 1975)
  9. Mükafat, yoxsa… (film, 1980)
  10. Oxuyur Şövkət Ələkbərova (film, 1970)
  11. Şah və xidmətçi (film, 1976)
  12. Tütək səsi (film, 1975)
  13. Tütünün becərilməsi (film, 1967)
  14. Ver verim (film, 1974)
  15. Yağışlı havalarda (film, 1982)
  1. "Azərbaycanın məşhur yazıçısının qızından TÜKÜRPƏDƏN FAKT: "Atamı öldürmək üçün evə salıb..." - ÖZƏL". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.
  2. "Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı — Foto". 2017-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-12.
  3. "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 125.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]