Hündür ardıc

Vikipediya, azad ensiklopediya
Vagobot (müzakirə | töhfələr) (→‎Mənbə: +Taksonbar using AWB) tərəfindən edilmiş 19:07, 14 avqust 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Hündür ardıc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündür ardıcQara dəniz sahillərində, Krasnodar vilayətində, Krım da, Balkan da və Kiçik Asiya da yayılmışdır. Dəniz səviyyəsindən 360-400 m-ə qədər hündürlükdə dağ yamaclarında bitir. Toxumla çoxalır, palıdla, ardıcların digər növləri ilə birlikdə meşə qruplaşmalrında bitir. Toxumvermə bir ildən sonra müşahidə edilir. 600 ilə qədər yaşayır. 1941-1943-cü illərin hərbi hərəkatları, ardıc meşələrinin sistemsiz qırılması əkinlərə böyük ziyan vurmuşdur. Bundan əlavə 1951-1957-ci illərin quraqlıqları, zərərverici və xəstəliklərin kütləvi yayılması meşələrin vəziyyətinə mənfi təsir göstərmişdir. Hazırda Şimal-Qərbi Qafqazın hündür ardıc meşələrinin vəziyyəti acınacaqlıdır. Ağacların ayrıca və qruplarla əkilməsinin azalması müşahidə edilir. Əhəngdaşlı torpaqlarda yerləşən ardıc meşələri çox zəifdir. Bütün ardıc meşələri I qrupa aiddir. Növün yüksək dekorativ, qiymətli texniki dərman və landşaft bitkisi kimi tamamilə mühafizəsi vacibdir. Hündür ardıc meşələrində qoruqların yaradılması, onların ərazisində tikinti, yolların salınması, dağ-mədən işlərinin aparılması qadağan olunmalıdır. Pozulmuş sistemlərin bərpası üçün xüsusi meşə təsərrüfatı tədbirləri aparmaq lazımdır. Bu növə Bakı şəhərindəki park və bağlarda rast gəlinir.

Məlumat mənbələri:

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

Mənbə