Qərənfilli tıs-tıs

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (→‎Ədəbiyyat: +Taksonbar using AWB) tərəfindən edilmiş 19:32, 14 avqust 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qərənfilli tıs-tıs
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qərənfilli tıs-tıs (lat. Acantholimon caryophyllaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqaz, Şərqi Anadolu, İranın şimal-qərbi, Şimali İraq, Cənub-Qərbi Asiyada təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Yarımkürəşəkilli formalı, seyrək yastığa malik, diametri 20-30 sm olan kolcuqdur. Yarpaqları yaşıl, üçtilli, kənarları kirpikcikli və kələkötürdür. Çiçəkdaşıyıcısı sadə, kələ-kötür, yuxarısı zəif qırışlıdır. Sünbülcüyü az dağınıq və eyni çiçəklidir. Kasacığı qıfvari, büküyü ağ və 5 damarlıdır. Tacı, ləçəkləri parlaq çəhrayıdır. İyul-avqust ayında çiçəkləyir, avqust-sentyabrda toxumları yetişir.

Kserofitdir. Naxçıvan MR ərazisində aşağı, orta və yüksək dağlıq qurşaqlarda, dəniz səviyyəsindən 1200-2400 (1500-2600) metr yüksəkliklərdə, daşlı-çınqıllı yamaclarda yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda, Naxçıvan MR Ordubad rayonu Kotam və Kilid kəndlərinin ətraf ərazilərində yayılmışdır.

Mövsümü yaşıllaşdırmada istifadə oluna bilər.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.