Salxımçiçək dovşanalması

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (→‎'''İstinadlar.''': +Taksonbar using AWB) tərəfindən edilmiş 20:32, 14 avqust 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Salxımçiçək dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Salxımçiçәk dovşan alması[2](Cotoneaster racemiflorus (Desf.) Booth ex Bosse subsp.suavis (Pojark.) Fed. C. suavis-Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, birikiillikdir,qonur-qəhvəyi rəngdədir və çılpaqdır.

Yarpaq.

Yarpaqlarının uzunluğu 5-25 (40) mm-dir, dəyirmi, yumurtaşəkilli və ya enli ellipsşəkillidir, üst tərəfdən göyümtül-yaşıl rəngli,səpələnmiş və ya sıx basıq tüklüdür, alt tərəfdən sıx ağımtıl və sarımtıl nazik keçə tüklüdür; saplaları qısa, uzunluğu 2-4 (5) mm və keçə tüklüdür.

Çiçək.

Salxımları sıx, düzduran, (3) 5-9 (12) ədəd çiçəklədir, demək olar ki, iki dəfə yarpaqdan qısadır. Tac ağ rənglidir, diametri 10 mm-ə qədər olub, açılmış dəyirmi ləçəklidir.Çiçəkləməsi May-İyun aylarına təsadüf edir.

Meyvə.

Meyvələri parlaq-qırmızı rəngdədir, şarşəkillidir, diametri 8-10 mm-dir, iki, bəzən bir çəyirdəklidir.Meyvə verməsi İyul ayına təsadüf edir.

Azərbaycanda yayılması.

Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kiçik Qafqaz(KQ) cənub, KQ mərkəzi, Naxçıvan. dağları, Lənkəran. dağları. Orta, bəzən yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti.

Daşlı və qayalı yamaclarda,kollar arasında və işıqlı meşələrdə. Qrup halında və tək-tək rast gəlinir.

İstinadlar.

  1. The Plant List (ing.). 2010.
  2. "Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016"