Zərli tıs-tıs
Zərli tıs-tıs | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Zərli tıs-tıs |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır. Çox dəyişkən növdür. Avqust-sentyabr ayında çiçəkləyir, sentyabr-oktyabrda toxumları yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Kserofitdir. Dəniz səviyyəsindən 1000-2500 (1500-2700) metr hündürlükdə daşlı-qayalı yamaclarda, seyrək meşəliklərdə yayılmışdır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Şahbuz rayonunun Biçənək, Kəngərli rayonunun Çalxanqala və Ordubad rayonunun Gənzə kəndi ilə Soyuqdağ arasında olan ərazilərdə yayılmışdır.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Yastıqvari formasına, bol çiçəkləməsinə görə dekorativ kol bitkisidir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.