Zərli tıs-tıs (lat. Acantholimon glumaceum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Zərli tıs-tıs | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Zərli tıs-tıs |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qafqaz, Şərqi Anadolu, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində təsvir edilmişdir. İran-Turan coğrafi elementinə daxildir.
15-40 sm diametrində olan kolcuqdur. Yastığı, olduqca sıx yarpaqları ərpsiz, xətli-bizvari və sərtdir. Çiçəkləri son sünbüldə toplanıb, ikicərgəli, 5-11 sünbülcüklüdür. Çiçəkaltlıqları pulcuqvari, xarici geniş-yumurtavari, daxildəki uzun və ağ haşiyəlidir. Kasacığın borusu damar boyu tükcüklü, büküyü ağ olub, qara-bənövşəyi damarlıdır. Tacı iri və parlaq qırmızıdır. Çox dəyişkən növdür. Avqust-sentyabr ayında çiçəkləyir, sentyabr-oktyabrda toxumları yetişir.
Kserofitdir. Dəniz səviyyəsindən 1000-2500 (1500-2700) metr hündürlükdə daşlı-qayalı yamaclarda, seyrək meşəliklərdə yayılmışdır.
Şahbuz rayonunun Biçənək, Kəngərli rayonunun Çalxanqala və Ordubad rayonunun Gənzə kəndi ilə Soyuqdağ arasında olan ərazilərdə yayılmışdır.
Yastıqvari formasına, bol çiçəkləməsinə görə dekorativ kol bitkisidir.