İmperatriça Aşina

Vikipediya saytından
Vagobot (müzakirə | töhfələr) (Doğum) tərəfindən edilmiş 03:34, 11 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
İmperatriça Aşina
阿史那皇后
Şəxsi məlumatlar
Doğum tarixi
551(551-İfadə xətası: "{" punktuasiyasının tanınmayan simvolu.-{{{3}}})
Vəfat tarixi
582(582-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-{{{3}}})
Atası Muğan xaqan
Həyat yoldaşı Vu
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperatriça Aşina (阿史那皇后) — Göytürk şahzadəsi, Muğan xaqanın qızı, Şimal Cou imperatriçası.

Həyatı

Əsl adı bilinmir. 551-ci ildə anadan olmuşdur. Bu vaxtı hələ babası Bumın tümən komandiri idi.

Evlilik

Hələ 554-cü ildə Şimal Çjou qəyyumu Yuven Tay onunla evlənmək istəsə də Muğan xaqan razı olmamışdı. 565-ci ildə onun oğlu Yuven Yonq taxta çıxaraq 120 nəfərdən ibarət elçi karvanı göndərmişdi. Karvanda imperatorun qardaşı Yuven Çun da var idi. Xaqan əvvəlcə fikrindən daşınsa da 568-ci ildə xaqanın çadırına şimşək vurmasından sonra qızını verdi. İmperatriça paytaxt Çanqana gələrək imperator Vu ilə evləndi. İmperatriça gözəl və mehriban idi. Lakin onların övladı olmamışdır.

İmperator Yuven Yon

Dul həyatı

578-ci ildə imperatorun ölümündən sonra taxta keçən ögey oğlu Hsüanın dövründə ana imperatriça olaraq hörmət görməyə davam edirdi. 580-ci ildə Hsüanın ölümündən sonra oğlu Cinq taxta keçəndə də bu mövqeyini qoruyub saxladı. 582-ci ildə vəfat etmişdir.

Titulları

  • İmperatriça Aşina 阿史那皇后 (568-578)
  • Ana İmperatriça Tianyuan 天元皇太后 (579-?)
  • Böyük Ana İmperatriça Tianyuan 天元上皇太后 (?-582)

Mənbələr