Çanqan (çin. 长安, Cháng'ān, Sabit Sülh) ― Çinin Sian şəhərinin tarixi adı. Şəhər Yanşao mədəniyyəti dövründə salınmışdır. E.ə. IX əsrdən bəri 10-dan çox sülalənin dövründə paytaxt olmuşdur.
Çanqan | |
---|---|
34°18′30″ şm. e. 108°51′30″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin şimalında, Çin imperatoru Sin Şi Xuandi tərəfindən tikilmiş bir kurqan və böyük bir məqbərə var. Tan sülaləsi dövründə şəhərin ərazisi daha da genişləndi. Bəzi şəhərətrafı ərazilər də şəhər ərazisinə daxil edilmişdir. Suy sülaləsi və Tan paytaxtı olan Çanqan Min sülaləsi dövründə səkkiz dəfə böyüyüb. Bu artımla Çanqan dünyanın ən böyük və ən sıx şəhərlərindən birinə çevrildi. Çin mənbələrinə görə 750-ci ildə Çanqanda 800.000–1000000 əhali yaşayırdı.[1]