İmperatriça Aşina

İmperatriça Aşina (阿史那皇后) — Göytürk şahzadəsi, Muğan xaqanın qızı, Şimal Cou imperatriçası.

İmperatriça Aşina
阿史那皇后
Şimal Cou imperatriçası
568 – 578
Əvvəlkiİmperatriça Duqu
SonrakıYanq Lihua
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Atası Muğan xaqan
Həyat yoldaşı Vu
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsl adı bilinmir. 551-ci ildə anadan olmuşdur. Bu vaxtı hələ babası Bumın tümən komandiri idi.

Hələ 554-cü ildə Şimal Çjou qəyyumu Yuven Tay onunla evlənmək istəsə də Muğan xaqan razı olmamışdı. 565-ci ildə onun oğlu Yuven Yonq taxta çıxaraq 120 nəfərdən ibarət elçi karvanı göndərmişdi. Karvanda imperatorun qardaşı Yuven Çun da var idi. Xaqan əvvəlcə fikrindən daşınsa da 568-ci ildə xaqanın çadırına şimşək vurmasından sonra qızını verdi. İmperatriça paytaxt Çanqana gələrək imperator Vu ilə evləndi. İmperatriça gözəl və mehriban idi. Lakin onların övladı olmamışdır.

İmperator Yuven Yon

578-ci ildə imperatorun ölümündən sonra taxta keçən ögey oğlu Hsüanın dövründə ana imperatriça olaraq hörmət görməyə davam edirdi. 580-ci ildə Hsüanın ölümündən sonra oğlu Cinq taxta keçəndə də bu mövqeyini qoruyub saxladı. 582-ci ildə vəfat etmişdir.

  • İmperatriça Aşina 阿史那皇后 (568-578)
  • Ana İmperatriça Tianyuan 天元皇太后 (579-?)
  • Böyük Ana İmperatriça Tianyuan 天元上皇太后 (?-582)