Bəhram Məmmədli

Vikipediya, azad ensiklopediya
Vagobot (müzakirə | töhfələr) (Alim_şablonu_qaydaya_salınır) tərəfindən edilmiş 15:11, 14 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bəhram Məmmədli
Doğum tarixi 5 yanvar 1946(1946-01-05)
Doğum yeri
Vəfat tarixi 2 dekabr 2019(2019-12-02) (73 yaşında)
Vəfat yeri

Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946 - 2 dekabr 2019) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti.

Həyatı

Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.

Təhsili və karyerası

1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin müdiri işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.[1]

Əsərləri

  1. Urmiya xanlığı, Təbriz, "Nəbati", 2017, Ənvər Çingizoğlu ilə birlikdə;
  2. Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nin nəşriyyatı, 2013, Ənvər Çingizoğlu ilə birlikdə;
  3. XVIII-XIX əsr Azərbaycan tarixi farsdilli mənbələrdə, Bakı, Zərdabi LTD, 2018,Ənvər Çingizoğlu ilə birlikdə;
  4. Azərbaycandan bəhs edən orta əsr tarixçiləri, Bakı, Zərdabi LTD, 2019,Ənvər Çingizoğlu ilə birlikdə;

Müəllifi olduğu dərsliklər, vəsaitlər, proqramlar

  1. Xanlıqlar, sultanlıqlar və Rusiyanın müstəmləkiçiliyi dövründə Azərbaycanda aqrar münasibətlər, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2006, (Magistr hazırlığı üçün proqram)
  2. "Kitabi Dədə Qorqud" və tarix, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Magistr hazırlığı üçün proqram)
  3. Muzey işinin əsasları, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Bakalavr pilləsi üçün proqram)
  4. Urmiya xanlığı, Bakı, "Mütərcim", 2011, (metodik vəsait),Ənvər Çingizoğlu ilə birlikdə;

Tərtib etdiyi kitablar

  1. Qarabağ 1918-1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibçi), Ənvər Çingizoğlu ilə birlikdə;

Məqalələri, tezisləri

  1. Azərbaycan kəndlilərinin maddi vəziyyətinin yaxşılaşdırılması (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1977, №2, s. 22-31;
  2. Azərbaycan kəndlilərinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1980, №4, s. 3-12;
  3. Azərbaycan kəndlilərinin ictimai təsərrüfatının yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1982, №4, s. 71-77;
  4. "Dədə Qorqud" dastanlarında vətən sevgisi, Dədə Qorqud- 1300, Respublika Elmi-Praktik konfransının materialları, Naxçıvan universiteti 2000, s.78-80;
  5. Qarabağ qalalarının tarixinə dair, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.417-419;
  6. "Azərbaycan Evliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.414-415;
  7. Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi" əsərində XIX əsr tarixinin bəzi məsələləri,Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №4, s.475-477;
  8. Rusiyanın müstəmləkəçilik siyasətində erməni amili (XVIII-XIX əsrlər), Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №4, s.477-479;
  9. Şəmkir şəhərinin tarixinə dair,Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2006, №1, s.297-300;
  10. Şəmkir tarixinin səhifələri, SDU-nun elmi xəbərləri, Humanitar elmlər seriyası, SDU-nun nəşriyyatı, 2005, №1, s.35-37,
  11. Məşrutə hərəkatı İran tarixşünaslığında, Pedoqoji Universitet Xəbərləri, Bakı, 2014,№1, səh.169-174. Ənvər Çingizoğlu ilə birlikdə;

Həmçinin bax

İstinadlar

  1. "SDU-nun dosenti Bəhram Məmmədli vəfat etdi" (Azərbaycan). sumqayitxeber.com/. 3 dekabr 2019. 5 dekabr 2019 tarixində arxivləşdirilib.