Mühümmə dəftəri (1590)

Vikipediya saytından
Araz Yaquboglu (müzakirə | töhfələr) (Kateqoriya:Sənədlər əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 15:11, 26 sentyabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Mühümmə dəftəri — tarixi sənəd, III Sultan Muradın hökmü.

1590-cı ildə İstanbul sülhünün nəticələrinə görə, Azərbaycan OsmanlılarıSəfəvilər arasında bölüşdürülükdən sonra verilmişdir. Həmin sənədə əsasən Gəncə-Qarabağ ərazisindəki qıtlığı aradan qaldırmaq üçün Naxçıvandan çıxarılan hər bir davara görə İrəvan yaxınlığında bir səmimi (pul vahidi), Göyçənin Balıqlı adı yerində isə daha bir səmimi alınmasına yol verilmirdi. Çünki kasıb camaat çətinliyi düçar olur və bahalıq artırdı.Sənəddə göstərilirdi ki, İrəvanGöyçə bəyləri bu pulun alınmasına görə "dəfələrlə tənbeh olunmalarına baxmayaraq", həmin "bac" yenə də yığılmaqda davam edir. Hökmün sonunda hər bir davara görə qədim qanun əsasında vergi alınması barədə Osmanlı sultanının qəti tapşırığı nəzərə çarpdırılır.

Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli,1590-cı il1724-cü illərə aid Naxçıvanla əlaqədar iki tarixi sənəd haqqında,Naxçıvan tarixinin səhifələri(müqavilə toplusu),Bakı,1996.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 333. ISBN 5-8066-1468-9.