Şahin Fazil

Şahin Fazil oğlu Fərzəliyev (27 mart 1940, Quba18 avqust 2024, Bakı) — Azərbaycan tarixçisi, şair, şərqşünas və tərcüməçi; 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuş tarix üzrə elmlər doktoru (1997), professor (2004).[1]

Şahin Fazil
Şahin Fazil oğlu Fərzəliyev
Doğum tarixi
Doğum yeri Quba, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri tarix, ədəbiyyat
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA Tarix İnstitutu
Alma-mater Bakı Dövlət Universiteti
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

27 mart 1940-cı ildə Quba şəhərində anadan olmuş Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir.

Ş. F. Fərzəliyev 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərmişdir. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışmış, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləmiş, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olmuş, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirmiş, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirmişdir.[1]

Şahin Fazil 18 avqust 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 17 yanvar 1997-ci ildə ona AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (8 oktyabr 2004-cü il) professor elmi adına layiq görülmüşdür.

Hazırda Tarix İnstitutunda "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.

Həm də görkəmli şair olan Şahin Fazil XX əsrin birinci mətbu "Divan"ını yazmış və çap etdirmişdir (1996). İndiyədək onun daha dörd "Divan"ı işıq üzü görmüşdür. 142 yaşlı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ədəbi məclisinin tarixini yazmış və onu "Təzkireyi-Şahin" adı ilə nəşr etdirmişdir (2006). 1998-ci ildən "Məcməüş-şüəra"nın sədridir. Şeirləri Əfqanıstan, İran, Türkiyə, İraq və Yaponiyada çap olunmuşdur. 2009-cu ildə Yaponiyanın iki şəhərində (Sinday və Tokio) "XX əsr Azərbaycan milli tarixşünaslığı: tarixi təcrübə və müasir vəziyyət" adlı məruzə ilə çıxış edib. "Azərbaycan haykurları" adlı kitabındakı bir neçə şeiri Tokioda dərc olunmuşdur.

Ş. F. Fərzəliyev onlarla yaxın və uzaq xarici ölkədə keçirilən Beynəlxalq elmi konfranslarda iştirak etmiş, Azərbaycanın orta əsrlər tarixinə dair yüzlərlə elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifi olmuşdur. Onun namizədlik və doktorluq dissertasiyaları tariximizin ən mürəkkəb dövrlərindən biri olan XV–XVI əsrlərdə ölkəmizin siyasi, ictimai-iqtisadi, diplomatik və ideoloji problemlərinin tədqiqinə (fars və osmanlı ilkin mənbələri əsasında) həsr edilmiş olduğundan mühüm elmi işlər kimi diqqəti cəlb etmişdir.

Ş. F. Fərzəliyev namizədlik və doktorluq dissertasiyalarının müdafiəsindən sonra çoxsaylı elmi məqalə çap etdirmişdir. Azərbaycan Sovet və Naxçıvan Ensiklopediyalarında, o cümlədən "Üzeyir Hacıbəyov" Ensiklopediyasında 100-ə qədər məqalənin müəllifidir. Yeddi cildlik Azərbaycan tarixi kitabının müəlliflərindən biri olan Ş. F. Fərzəliyev Azərbaycanın orta əsrlər tarixinin müxtəlif məsələlərini araşdırmış, öz sözünü deməyi bacarmışdır, hazırda isə yazılmaqda olan 3 cildlik "Azərbaycan tarixi" kitabının bir neçə fəsil və yarımfəsli üzərində işləməkdədir.

Ş. F. Fərzəliyev bir neçə monoqrafiyanın, o cümlədən ("Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə), "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə", "Quba tarixi", "XV əsr Azərbaycan dövlətlərinin quruluşu", həmçinin bir neçə fənn proqramı və dərs vəsaitinin müəllifidir.

Prof. Ş. F. Fərzəliyev eyni zamanda müxtəlif dövlət universitetlərində pedaqoji fəaliyyətdə də olmuşdur (Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti).

Prof. Ş. F. Fərzəliyev son illərdə tərcüməçilik fəaliyyətini daha da genişləndirmiş, fars dilində yazılmış iki böyük Azərbaycan tarixçisinin məşhur kitablarını dilimizə çevirmiş, bununla kifayətlənməyərək, onlara sanballı "Ön söz" başlıqlı məqalələr, həmçinin geniş şərhlər yazmışdır. Həmin kitabların birincisi XVI əsrin ikinci yarısı – XVII əsrin birinci rübündə yaşamış və Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faydalı tarixi qaynaq qələmə almış İsgəndər bəy Münşinin "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin mükəmməl tərcüməsidir (Əsər 2010 və 2014-cü illərdə 2505 səhifədən ibarət çap olunmuşdur). İkinci qaynaq isə Həsən bəy Rumlu kimi Səfəvi dövrü tarixçisinin məşhur "Əhsənüt-təvarix" ("Tarixlərin ən yaxşısı") salnaməsidir ki, kitabın hər iki cildi üzərində tərcümə işi artıq bitmiş, şərhlərlə birlikdə çap üçün hazırlanmış və bu tarixi qaynaq "Elm" nəşriyyatına təqdim olunmuşdur.

O həm də Jozef Tiflisinin "Mir Veys və Şah Hüseyn", Yan Tadeuş Kruşinskinin "Xristian səyyahın tarixi" kimi dəyərli mənbələrin tərcüməçisidir.

Hazırda Ş. Fərzəliyev daha iki tarixi məxəzin tərcüməsi üzərindəki işini də bitirmişdir ki, onların birincisi XV əsr müəllifi Cəlaləddin Məhəmməd Dəvaninin "Ərze-sepahe-Uzun Həsən" ("Uzun Həsən ordusuna baxış) və XVII əsrin anonim divan katibi tərəfindən yazılmış "IV Sultan Muradın Rəvan və Təbriz səfəri Ruznaməsi"dir.

Müəllifin araşdırmaları, göründüyü kimi, çoxşaxəlidir. Görkəmli alim bir tərəfdən ümumi tarixlə bağlı kitablar nəşr etdirmiş, digər tərəfdən isə müntəzəm olaraq Azərbaycan tarixinə dair müxtəlif dillərdə olan ilkin mənbələrin Azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuşdur.

Ş. F. Fərzəliyev müxtəlif problemlərə həsr olunmuş çoxsaylı məqalələr müəllifi kimi həm Respublikamızda, həm də xaricdə keçirilən beynəlxalq elmi konfrans və görüşlərdə (Moskva, Ankara, İstanbul, Daşkənd, Təbriz, Tehran, Mahaçqala, Kipr Respublikası, Polşa və s.) fəal iştirak etmişdir.

Prof. Ş. F. Fərzəliyev 2009-cu ildə Yaponiyanın Sinday Universitetinin dəvəti ilə həmin ölkədə olmuş, Azərbaycan tarixşünaslığına dair mühazirə oxumuşdur. Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmış Şahin Fərzəliyev çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir.

Ş. F. Fərzəliyev gənc elmi kadrların yetişdirilməsi sahəsində çox səmərəli fəaliyyət göstərir. Onun rəhbərliyi ilə 13 nəfər tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. O, 3 nəfər İran vətəndaşının elmi rəhbəridir. Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasında sədr müavinidir. Prof. Ş. F. Fərzəliyev 10-dan çox kitabın elmi redaktoru olmuş, 50-yə yaxın tarix üzrə fəlsəfə doktoru və tarix üzrə elmlər doktoru dissertasiyalarına opponentlik etmişdir.

İndiyədək Ş. F. Fərzəliyevin 37 kitabı (bədii, elmi və tərcümə) çapdan çıxmışdır.

Ş. F. Fərzəliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür (1992-ci ildən).

O, üç Dövlət Medalı (Əfqanıstan) və bir neçə Fəxri Fərmanla (SSRİ və Azərbaycan) təltif olunmuşdur.[1]

  1. Qəzəllər. Bakı: Yazıçı, 1978, 43 səh. (şərikli)
  2. Azərbaycan XV–XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə), Bakı: Elm nəşriyyatı,1983, 151 səh.
  3. Qəzəllər. Bakı: Yazıçı, 1986, 223 səh. (şərikli)
  4. Yenə görüşərik. Bakı: Yazıçı, 1989, 104 səh.
  5. Qəzəllər. Bakı: Elm, 1990, 576 səh.
  6. Qəzəllər (I cild). Bakı: Azərnəşr, 1994, 199 səh.
  7. Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə (Red, O. Əfəndiyev). I nəşr, Bakı, "Elm", 1995, 197 s.
  8. Divan. Bakı: Azərnəşr, 1996, 465 səh.
  9. Əllərini ver mənə. Bakı: Gənclik, 1998, 279 səh.
  10. Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə (Red. O. Əfəndiyev). II nəşr. Bakı, "Elm", 1999, 241 s.
  11. Quba tarixi (Red. V Arzumanlı). I nəşr. Bakı: "Əbilov, Zeynalov və oğulları", 2001, 388 s.
  12. Qırxnamə, yaxud qırx şeirdən ibarət elegiya. Bakı: Əbilov, Zeynalov və oğulları, 2001, 64 səh.
  13. Kərbəlayi Şahin Fazil. Şerlər. Allah eşqi, peyğəmbər məhəbbəti, imam sevgisi. Bakı: Kür, 2001, 150 s.
  14. İlnamə, yaxud səndən ayrı səninlə. Bakı: Elnur-P, 2002, 232 səh.
  15. XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı: Elnur-P, 2003, 118 səh.
  16. İran səfərnamələri. Bakı: Elnur-P, 2003, 220 səh.
  17. İkinci Divan. Bakı: Elnur-P, 2005, 1268 səh.
  18. Təzkireyi-Şahin. Bakı: MBM, 2006, 812 s.
  19. Azərbaycan haykuları. Bakı, 2007, 384 səh.
  20. Üçüncü Divan. Bakı: Nurlar, 2008, 1399 səh.
  21. Yaponiya səfərnaməsi. Bakı, "Elm və təhsil", 2011, 232 səh.
  22. Şahin Fazil. İran səfərnamələri (Təkmilləşdirilmiş yeni nəşri). Bakı: İran Mədəniyyət Mərkəzi, 2012, 550 s.
  23. Dördüncü Divan, Bakı: Təhsil, 2014
  24. Azerbaycan ve Osmanlı imparatorluğu XV–XVI. yüzyıllar. çev. N. Muradov. İstanbul: TEAS Press, 2017, 372 s.
  25. Quba tarixi. (Redaktorlar: Akademik Yaqub Mahmudov; tarix üzrə elmlər doktoru, prof. Tofiq Mustafazadə) II nəşr. Bakı: TEAS Press Nəşriyyat evi, 2016, 700 s.
  26. İran səfərnamələri. Bakı (Təkmilləşdirilmiş III nəşri): Elm və Təhsil, 2017, 816 s.

Haqqında çap edilən kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Şahin Fazil. Qocalığın mübarək. AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil oğlu Fərzəliyevin doğumunun 80 illiyinə həsr olunur. Bakı, 2021, 696 s.

Fars dili və Osmanlı türkcəsindən tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. Tiflisi Jozef. Vaqiati — Mir Veys və Şah Hüseyn, əlyazma nüsxəsi (Osmanlı dilindən tərc. və ön söz Ş. Fazil). Bakı: Azərnəşr, 1992, 58 səh.
  2. Soqut və zəval-e Səfəviyan (Bər əsas-e qozareşha-ye Jozef Tiflisi). İsfəhan. Hicri şəmsi, 1388, 82 s.
  3. Y. T. Kruşinski. Xristian səyyahın tarixi. (Səfəvi dövlətlərinin tarixinə dair ilkin mənbə), (Fars dilindən tərc. və ön söz Ş. Fazil). Bakı: Azərnəşr, 1993, 105 səh.
  4. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). I kitab. (Fars dilindən tərc. və ön söz Ş. Fazil). Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2010, 1144 səh.
  5. İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). II kitab. (Fars dilindən tərc. və ön söz Ş. Fazil). Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2014, 1400 səh.
  6. Həsən bəy Rumlu. "Əshənüt-təvarix" ("Tarixlərin ən yaxşısı"). (Fars dilindən tərc. və ön söz Ş. Fazil) — çapa hazırlanır.[3]
  1. Həsən bəy Rumlu xətt və xəttatlar haqqında. ADU əsərləri, Şərqşünaslıq ser., 1971, № 2, s.45–53
  2. Həsən bəyh Rumlunun "Əhsənüt-təvarix" əsərinin tədqiq olunması tarixindən, SM. Kirov adına ADU-nun Elmi Əsərləri, Şərqşünaslıq seriyası, № 1, Bakı, 1972, s.70–73
  3. Tarixçi Həsən bəy Rumlu və onun "Əhsənüt-təvarix" əsəri, S. M. Kirov adına ADU-nun Elmi Əsərləri, Tarix və fəlsəfə seriyası, № 5, Bakı, 1973, s.40–44
  4. Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində bəzi hərbi istilahlar (XV–XVI əsrlərə dair), "Azərb EA Məruzələri" XXXII cild, № 3, 1976, s.73–75
  5. XV–XVI əsrlərdə Azərbaycanda işlədilən bəzi ad, ləqəb və titulların etimologiyası haqqında. Azərbaycan SSR ЕА Xəbərləri, TFH ser.-1977, №З, s.75–83
  6. 1585–1588-ci illər Azərbaycan tarixinə aid bir nadir türk əlyazması haqqında. Azərbaycan SSR EA Məruzələri, 1978, № 1, s.70–73
  7. Fəxrəddin Kırzıoğlunun "Osmanlıların Qafqaz ellərini fəth etməsi (1451–1590)" kitabı haqqında bəzi qeydlər. Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə. və hüquq seriyası, 1984, № 2, s. 127–132 (O. Əfəndiyevlə birlikdə)
  8. Xoca Sədəddin Əfəndi və onun "Tacüt-təvarix" əsəri. Azərbaycan SSR EA. Xəbərləri, Tarix fəlsəfə və hüquq seriyası. 1985, № 3, s. 74–81
  9. Qiyasəddin Xandəmir və Həsən bəy Rumlu Şah İsmayıl Xətainin fərdi xüsusiyyətləri haqqında. Şah İsmayıl Xətai "Məqalələr toplusu". Bakı, 1988, s.78–87
  10. Səfəvilər dövlətinin süqutuna dair qiymətli bir əlyazma haqqında. Şərqşünaslıq İnstitutu, Ümumittifaq Şərqşünaslar Assosiasiyasının Azərbaycan şöbəsi. "Orta əsrlər Şərqi". "Məqalələr toplusu". Bakı: Elm, 1990, s.96–111
  11. "Elçi" istilahı və XV–XVI əsrlərdə Azərbaycan-Türkiyə arasında səfarət münasibətləri tarixindən. Azərbaycan EA Xəbərlər. TFH ser. 1992, № 3–4, s.84–91
  12. Polyak tarixçisi Yan Tadeuş Kruşinskinin "Xristian səyyahın tarixi" əsəri (Səfəvi dövlətinin süqutuna dair qiymətli ilkin mənbə), "Orta əsrlər Şərqi", məqalələr toplusu. Bakı: Elm, 1993, s.184–205
  13. Azərbaycan hökmdarı Uzun Həsənlə Venesiya dövlətinin üç səfiri arasındakı qarşılıqlı münasibətlərə dair. Azərbaycan FA. Xəbərlər. Tarix, fəlsəfə və hüquq seriyası, 1994, №-4, s.67–80
  14. Bir daha tarixi sənədlər və onların əhəmiyyəti haqqında. Azərbaycan tarixinin problemləri, müasir tədris və elmi nəşrlərdə onların əksi: Elmi konfransın materialları, Bakı, 1995, s.80–81
  15. Naxçıvan Beynəlxalq əlaqələrdə: Simpozium. Naxçıvan, 1996, s. 94–97
  16. 1590 və 1724-cü illərə aid Naxçıvanla bağlı iki tarixi sənəd haqqında. Naxçıvan beynəlxalq əlaqələrdə simpoziumunun materialları. Naxçıvan, 1996, s.94–97 (O. A. Əfəndiyevlə birlikdə)
  17. Şah İsmayıl Səfəvinin məktubları və XVI əsrin 1 rübündə diplomatik yazı tərzi. Xəbərlər. TFH ser, Azərbaycan EA. 1997, № 1–4, s.56–61
  18. XVI əsrin ortalarında Azərbaycan-Türkiyə mədəni əlaqələri haqqında. IV Bakı Beynəlxalq Simpoziumu Məruzələrinin məcmuəsi. 4–6 iyun, 1998. Bakı, 1998, s. 183–185
  19. Çaldırana aparan məktublar: (Sultan Səlim ilə Şah İsmayıl arasındakı 5 məktubun fars və osmanlı dillərindən tərcüməsi. "Arzu" ədəbi, elmi-ictimai jurnalı. Bakı, № 3, 1998, s.38–45
  20. XX əsrin sonunda İran-Azərbaycan mədəni əlaqələri haqqında. XXI əsrin astanasında Azərbaycan-İran münasibətləri: Elmi seminarın materialları. Bakı, 1998, s.183–185
  21. Yenə özümüzə qayıtmalıyıq. Tarix və onun problemləri jurnalı. 1999, № 2, s.19–21
  22. Naxçıvanın XVI–XIX əsrlər tarixinə dair qiymətli sənədlər. Naxçıvan Muxtar Respublikası. Bakı, 1999, s.79–94
  23. Şeyx Bünyad nəsli və onun XVI–XIX əsrlər Bakı tarixinə dair bəzi sənədlərdə əks olunması, "Orta əsrlər Şərqi" məqalələr toplusu, Bakı, 2000, s.134–138
  24. Əmir Teymur və Sultan Bəyazid qarşıdurması: səbəb və nəticə, "Çıraq" jurnalı, 2000, № 2, s.5–10
  25. Osmanlı sultanı Süleyman Qanun Mühibbinin bir qəzəli və XV–XVI əsrlərdə Türkiyə Azərbaycan münasibətlərində məzhəbin rolu barədə bir neçə söz. Əlyazmalar İnstitutunun 50 illiyinə həsr edilmiş "Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri". VII Respublika elmi-nəzəri Konfransının materialları. Bakı, 2000, s.63–66
  26. XV əsr Azərbaycan-Osmanlı: münasibətlərinə dair. Osmanlı imperiyasının 700 illiyinə həsr edilmiş elmi sessiyanın materialları, Bakı, 2000, s.153–154
  27. Əmir Teymurun və Sultan Bəyazid qarşıdurması: səbəb və nəticə, Əmir Teymur Sultan Bayazidə ərəb və fars dillərində 6 məktubu. "Çıraq" ədəbi, elmi, ictimai jurnalı, Bakı, 2000, № 2, s.5–10
  28. Əli Əleyhüssəlam — fəsih və bəliğ insan, yaxud "Nəhcül-bəlağə"də fəsahət və bəlağət. Həzrət Əliyə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları, Bakı, 2001, s.70–76
  29. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi və onunla bağlı qarşıda duran mühüm məsələ. Azərbaycanşünaslar müstəqil birliyinin 10 illiyinə həsr edilmiş Beynəlxalq Elmi-nəzəri Konfransın materialları. Bakı, 2001, s.67–68
  30. Şəhriyar və klassik Azərbaycan şairləri. Professor Məmməd Mübariz Əlizadənin anadan olmasının 90 illiyi münasibətilə: Elmi konfransın materialları. — Bakı, 2001, s.161–169
  31. XIX əsrin II yarısında Azərbaycanın iqtisadi vəziyyətinə dair bir Əsasnamə haqqında, "Azərbaycan Tarixi Muzeyi" məqalələr toplusu. Bakı, 2002, s.80–105 (Nailə Vəlixanlı ilə birlikdə)
  32. Osmanlıların Azərbaycana yürüşləri (1578–1595) ilə əlaqədar bəzi yeni sənəd- Tər. AMEA-nın Xəbərləri, Humanitar və ictimai elmlər ser., 2002, s.3–15
  33. IV Sultan Muradın Azərbaycana yürüşü barədə qiymətli mənbə. "Azərbaycan Tarix Muzeyi" məqalələr toplusu. Bakı, 2002, s. 309–321
  34. Azərbaycan Tarix Muzeyində saxlanan iki nikah sənədi barədə bir neçə söz. "Azərbaycan Tarix Muzeyi" məqalələr toplusu. Bakı, 2002, s.159–171 (Maya Bağırovu ilə birlikdə)
  35. XVI əsr Azərbaycan-Türkiyə münasibətlərində Gilanın rolu (I məqalə), "Tarix və onun problemləri" jurnalı, 2003, s.54–60
  36. Gəncə Səfəvilərin və Osmanlıların hakimiyyəti dövründə (XV–XVIII əsrlər) // Gəncə şəhərinin tarixi: Elmi-praktik konfransın materialları. – Bakı: Nurlan, 2004. – s.57–72.
  37. Göydən gələn kitabın yerdə növbəti tərcüməsi // Elm. – 2004. – 18 mart.
  38. Məhbusları ağladan Qəhqəhə qalası haqqında bəzi qeydlər // Azərbaycan Tarixi Muzeyi. – Bakı, 2004. – s.184–191.
  39. Mahmud əl-Xinəluqi və onun XIV əsrin sonu XV əsrin I yarısında Dağıstan və Şirvanda baş verən hadisələrlə bağlı yazdığı əsər barədə. "Milli Azərbaycan Tarix Muzeyi": Məqalələr toplusu, Bakı, 2005, s. 74–82
  40. Epistolyar irsimizdən: Şirvanşah Xəlilullah və Fərrux Yəsarla yazışmalar (birinci məqalə). "Azərbaycan Tarix Muzeyi": Məqalələr toplusu, Bakı: Elm, 2005, s. 69–78
  41. Üç müqavilə – Kürəkçay, Gülüstan və Türkmənçay mətnləri barədə bir neçə söz // Azərbaycan Tarixi Muzeyi. – Bakı, 2006. – s.32–38.
  42. Naxçıvan XV əsrdə // Naxçıvan: Tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri: Məqalələr toplusu. – Naxçıvan, 2006. – s. 87–98.
  43. Hökmdar məktublarının yazılış xüsusiyyətləri (Əmir Teymur və I Sultan Bayazidin məktubları əsasında), Tarixin metodoloji və aktual problemləri (Beynəlxalq elmi-nəzəri konfrans: Tezislər. – Bakı: Nurlan, 2007. – s.37–38.
  44. Səfəvi hökmdarı I Şah Təhmasibin qızı Pərixan xanımın həyat və fəaliyyəti barədə bəzi məlumatlar. AMEA Tarix İnstitutunun Elmi əsərləri, XIX cild, Bakı, 2007, s. 25–45
  45. Quba orta əsrlərdə // AMEA A. A. Bakıxanov ad. Tarix İnstitutunun Əsərləri, XXII c. – Bakı, 2007. – s. 37–42.
  46. Mahmud əl-Xinəluqi və onun XVI əsrin sonu – XV əsrin birinci yarısında Dağıstan və Şirvanda baş verən hadisələrlə bağlı yazdığı əsəri barədə // Milli Azərbaycan Tarixi Muzeyi. – Bakı, 2008. – s.35–48.
  47. Teymurilər dövlətinin quruluşuna dair bəzi qeydlər // Tarix və gerçəklik: Azərbaycan Tarix Qurumunun elmi məqalələr toplusu. – Bakı, 2008. – s.40–50.
  48. Teymurilər dövlətinin quruluşuna dair bəzi qeydlər // "Azərbaycan dövlətçilik ənənələrinin tarixi": Azərbaycan Cümhuriyyətinin qurulmasının və Bakının azad olunmasının 90 illiyinə həsr olunmuş Beynəlxalq simpoziumun materialları, Bakı, 2008, s. 34–36
  49. Tarixçi İsgəndər bəy Münşi Səfəvilər dövlətinin baş vəziri Hatəm bəy Ordubadi haqqında // Naxçıvan bu gün: islahatlar, perspektivlər: Məqalələr toplusu. – Naxçıvan. – 2008. – s. 97–104.
  50. Tarixi – danışmayan natiqi danışdıran kitab // Tarix və onun problemləri. – 2009. – № 1–2. – s. 470–481. – /E. Muradəliyeva/.
  51. Bir daha Şeyx Bünyad nəsli haqqında. "Soy" elmi kütləvi dərgisi. Bakı, 2009, № 8, s.11–16
  52. XIV əsr Azərbaycan şairi Arif Ərdəbilinin vətən şeirləri // Bakı İslam mədəniyyətinin paytaxtıdır – 2009: Beynəlxalq konfransın tezisləri. (Bakı, 9–10 noyabr) // Milli Azərbaycan Tarixi Muzeyi. – Bakı, 2009. – s.50–51.
  53. Polyak tarixçi Yan Tadeuş Kruşinskinin "Xristian səyyahın tarixi" əsəri, (Səfəvilər dövlətinin süqutuna dair qiymətli ilkin mənbə), Orta əsrlər Şərqi, Məqalələr toplusu, Bakı, 2009, s.59–64
  54. XIV əsr Azərbaycan şairi Şəmsəddin Məhəmməd Arif Ərdəbili və Şirvan // Şərqşünaslığın aktual problemləri: Respublika Elmi konfran sının materialları. – Bakı, 2009. – s.102–105.
  55. Azərbaycan tarixi və italiyalı səyyahlar. AMEA Tarix İnstitutunun Elmi əsərləri, Bakı, 2009, s. 66–78
  56. Məmməd Mübariz Əlizadə və "Şahnamə". "Şərq filologiyasının aktıral problemləri": Respublika Elmi Konfransının materialları, Bakı, 2011, s.14–18
  57. Azərbaycanın Dərbənd şəhəri uğrunda Səfəvi-Osmanlı rəqabəti (1607-ci il). AMFA Tarix İnstitutunun Elmi əsərləri. 40-cı cild, Bakı, 2012, s.209–216
  58. Bir daha Şeyx Bünyad nəsli haqqında. Akademik Ziya Bünyadovun 90illiyinə həsr olunmuş Beynəlxalq Elmi Simpoziumun materialları. Bakı, 2012, s.19–21
  59. Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin XVI əsr özbək hökmdarları haqqında məlumatı, Akademik V. Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş "Şərqşünaslığın aktual problemləri" mövzusunda Respublika Elmi Konfransının materialları. Bakı, 2012, s.403–405
  60. Şəki XIV əsrin sonları — XV əsrin əvvəllərində. Antik və Orta əsr Azərbaycan şəhərləri: Beynəlxalq Elmi Konfransın materialları, Bakı, 2012, 437–444.
  61. Şəkinin müstəqillik uğrunda mübarizə tarixindən. Azərbaycan Respublikası, Uğurlar və perspektivlər. Beynəlxalq Elmi Konfransın Materialları, Bakı, 2012, 31–36
  62. Tariximiz açıqlanmamış mövzuların izi ilə. "Tarix və onun problemləri" jurnalı, 2013, №З, s.350–352
  63. Bir əsrin iki dövləti, yaxud Qaraqoyunluların və Ağqoyunluların tarixşünaslığı haqqında yeni kitab. "Tarix və onun problemləri" jurnalı, 2013, № 1, s.241–254
  64. Sultan Səlim Yavuz və Şah İsmayıl Səfəvi tərəfindən Çaldıran Savaşı öncəsində yazılmış beş tarixi məktub haqqında. "Səfəvilər və Şah İsmayıl" kitabı, İstanbul, 2014, s.197–209

Azərbaycan Sovet Ensiklopediyasında müəllifi olduğu məqalələr

[redaktə | mənbəni redaktə et]
  1. Arayiş bəyim // ASE. – I c. – Bakı, 1976.
  2. Baranilər // ASE. – II c. – Bakı, 1978.
  3. Carçı // ASE. – X c. – Bakı, 1987.
  4. Cəmşidilər // ASE. – X c. – Bakı, 1987.
  5. Cizyə // ASE. – X c. – Bakı, 1987.
  6. Crabert məlikliyi // ASE. – X c. – Bakı, 1987.
  7. Çahar oymaq // ASE. – X c. – Bakı, 1987.
  8. Çaharyek // ASE. – 1987. – X c. – Bakı, 1987.
  9. Çaldıran // ASE. – X c. – Bakı, 1987.
  10. Çərxçi // ASE. – X c. – Bakı, 1987.
  11. Çərik // ASE. – X c. – Bakı, 1987.
  12. Dədə bəy // ASE. – III c. – Bakı, 1979.
  13. Dəspinə xatun // ASE. – III c. – Bakı, 1979.
  14. Div Sultan // ASE. – III c. – Bakı, 1979.
  15. Əfşarlar // ASE. – IV c. – Bakı, 1980.
  16. Ələm // ASE. – IV c. – Bakı, 1980.
  17. Əmir xan Türkman // ASE. – IV c. – Bakı, 1980.
  18. Əmirgünə xan // ASE. – IV c. – Bakı, 1980.
  19. Ərradə // ASE. – IV c. – Bakı, 1980.
  20. Əsnaf // ASE. – IV c. – Bakı, 1980.
  21. Əvariz // ASE. – IV c. – Bakı, 1980.
  22. Farslar // ASE. – IX c. – Bakı, 1986.
  23. Fərraş // ASE. – IX c. – Bakı, 1986.
  24. Fərraşpulu // ASE. – IX c. – Bakı, 1986.
  25. Fərrux Yəsar // ASE. – IX c. – Bakı, 1986.
  26. Firuzkuhilər // ASE. – IX c. – Bakı, 1986.
  27. Heydər bəy Evoğlu // ASE. – X c. – Bakı, 1987.
  28. Həsən bəy Rumlu // ASE. – X c. – Bakı, 1987.
  29. Həzarələr // ASE. – X c. – Bakı, 1987.
  30. Hindusuzan // ASE. – X c. – Bakı, 1987.
  31. Hüseynilər // ASE. – X c. – Bakı, 1987.
  32. Xadim bəy Xüləfa // ASE. – X c. – Bakı, 1987.
  33. Xançobani // ASE. – X c. – Bakı, 1987.
  34. Xəmsələr (Üç "Xəmsə" istilahı) // ASE. – X c. – Bakı, 1987.
  35. Xüm // ASE. – X c. – Bakı, 1987.
  36. İxracat // ASE. – V c. – Bakı, 1981.
  37. II Pərixan xanım // ASE. – VII c. – Bakı, 1983.
  38. İskəndər Mirzə // ASE. – IV c. – Bakı, 1980.
  39. Kəbirli mahalı // ASE. – V c. – Bakı, 1981.
  40. Kələntərlik // ASE. – V c. – Bakı, 1981.
  41. Kəndxuda // ASE. – V c. – Bakı, 1981.
  42. Kolanı mahalı. // ASE. – V c. – Bakı, 1981.
  43. Kovxalıq // ASE. – V c. – Bakı, 1981.
  44. Qələndər üsyanı // ASE. – III c. – Bakı, 1979.
  45. Qorçi // ASE. – III c. – Bakı, 1979.
  46. Qorçibaşı // ASE. – III c. – Bakı, 1979.
  47. Qulluqçu // ASE. – III c. – Bakı, 1979.
  48. Mancanaq // ASE. – 1982. –VI c. – s. 349.
  49. Mehmandar // ASE. – 1982. –VI c. – s. 469.
  50. Məhəmməd Əli Həzin // ASE. – VI c. – Bakı, 1982.
  51. Mərasim // ASE. – VI c. – Bakı, 1982.
  52. Məzhəb // ASE. – VI c. – Bakı, 1982.
  53. Minbaşı // ASE. – VI c. – Bakı, 1982.
  54. Mirzəyanə // ASE. – VI c. – Bakı, 1982.
  55. Mülazim // ASE. – VII c. – Bakı, 1983.
  56. Nüsrətəddin Xasbəy // ASE. – VII c. – Bakı, 1983.
  57. Rahdar // ASE. – VIII c. – Bakı, 1984.
  58. Ravəndi // ASE. VIII c. – Bakı, 1984.
  59. Rəhmizadə // ASE. VIII c. – Bakı, 1984.
  60. Siqhlər. // ASE. – VIII c. – Bakı, 1984.
  61. Sindhilər // ASE. – VIII c. – Bakı, 1984
  62. Sufiyan // ASE. – IX c. – Bakı, 1986
  63. Şahrux // ASE. – X c. – Bakı, 1987.
  64. Şahverdi xan Ziyadoğlu // ASE. – X c. – Bakı, 1987.
  65. Şərəfəddin Yəzdi // ASE. – X c. – Bakı, 1987.
  66. Şərur Dərələyəz // ASE. – X c. – Bakı, 1987.
  67. Teymənilər // ASE. – IX c. – Bakı, 1986.
  68. Teymurilər // ASE. – IX c. – Bakı, 1986.
  69. Təkəlilər // ASE. – IX c. – Bakı, 1986.
  70. Türkmanlar // ASE. – IX c. – Bakı, 1986.
  71. Türkmənçay // ASE. – IX c. – Bakı, 1986.
  72. Zülfüqar xan Qaramanlı // ASE. – IV c. – Bakı, 1980.
  73. Zülqədərlər // ASE. – IV c. – Bakı, 1980[4][3]

Naxçıvan Ensiklopediyasında müəllifi olduğu məqalələr

[redaktə | mənbəni redaktə et]
  1. Azadciran // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.47.
  2. Bəkdaş arxı // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.85.
  3. Bilici // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.89.
  4. Ehsan xan Kəngərli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.142.
  5. Əbülfət bəy Cavanşir // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.150.
  6. Əli Məhəmməd ağa Kəngərli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.287.
  7. Kəcli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.283.
  8. Kəlbalı xan Kəngərli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.10.
  9. Kəngərli tayfası// Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.286.
  10. Qələndərxana // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.336.
  11. Lütfəli Sultan Kəngərli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. I. – s.356.
  12. Maqsud Sultan Kəngərli Ustaclu // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.10.
  13. Məhəmməd Kərim bəy Kəngərli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.17
  14. Məhəmməd Sultan Kəngərli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.288.
  15. Naxçıvan piyada batalyonu // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.161.
  16. Naxçıvan əyaləti // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.84.
  17. Naxçıvan süvariləri // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.165.
  18. Nəzərəli bəy Kəngərli // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.194
  19. Yəhya bəy //Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s. 357.
  20. Yusif xan // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.359.
  21. XVII–XIX əsrlərə aid əlyazma sənədləri // Naxçıvan Ensiklopediyası. – Naxçıvan, 2005. – c. II. – s.83[4][3]

Üzeyir Hacıbəyov Ensiklopediyasında müəllifi olduğu məqalələr

[redaktə | mənbəni redaktə et]
  1. Üzeyir Hacıbəyov və Firdovsi // Üzeyir Hacıbəyov Ensiklopediyası. – Bakı, 1996. – s.182.
  2. Üzeyir Hacıbəyov və Hafiz // Üzeyir Hacıbəyov Ensiklopediyası. – Bakı, 1996. – s.189
  3. Üzeyir Hacıbəyov və Sədi // Üzeyir Hacıbəyov Ensiklopediyası. – Bakı, 1996. – s.164.[3][4]
  • Əfqanıstan Əfqanıstanın dövlət medalları — "Qədirbilən Əfqan xalqı adından" medalı, "Sədaqət" ordeni, "Səvr [Aprel] inqilabının 10 illiyi" ordeni.[5]
  • Əfqanıstan Əfqanıstan Mülki Aviasiya nazirinin Fəxri Fərmanı.[6]
  • Əfqanıstan Əfqanıstan Nazirlər Şurasının sədri və Ticarət nazirinin Şahin Fazilin fəaliyyəti ilə bağlı Fəxri Fərmanları.[6]
  • Azərbaycan AMEA-nın Fəxri fərmanları.[7]
  1. 1 2 3 Şahin Fazil oğlu Fərzəliyev Arxivləşdirilib 2022-02-04 at the Wayback MachineAMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun rəsmi veb saytı. Arxivləşdirilib 2020-04-05 at the Wayback Machine
  2. Скончался известный профессор и историк Шахин Фазиль
  3. 1 2 3 4 Şahin Fazil. Qocalığın mübarək ! Bakı, 2021, s. 618–631
  4. 1 2 3 "Azərbaycan tarixçiləri. Elmi əsərlərin biblioqrafi k göstəricisi. II hissə. Məqalələr. – Bakı: "Şərq-Qərb" Nəşriyyat evi, 2011, – səh. 63–73". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
  5. Şahin Fazil. Qocalığın mübarək ! Bakı, 2021, s.688
  6. 1 2 Şahin Fazil. Qocalığın mübarək ! Bakı, 2021, s. 687
  7. "Şahin Fərzəliyevə tarix elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın Fəxri fərmanını təqdim edilib". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-05.