Kardiya (Qədim Yunanıstan koloniyası)

Vikipediya saytından
Hilal knight (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:51, 16 oktyabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qədim şəhər
Kardiya
q.yun. Καρδία, lat. Cardia
40°32′50″ şm. e. 26°44′27″ ş. u.
Ölkə
Müasir yeri Bolayır, Gelibolu, Çanaqqala, Türkiyə
Kardiya xəritədə

Kardiya (q.yun. Καρδία, lat. Cardia) — eramızdan əvvəl III əsrdə Lisimax tərəfindən dağıdılan qədim şəhər. O, Saros körfəzindəki Frakiya Xersonesosu yarımadasının şimal-qərb sahilində miletiyalılar və klazomenlər tərəfindən qurulmuşdur.

Tarixçi İyeronim Kardiyalı və diadoxlardan biri Evmen Kardiyalı bu şəhərdən idilər.

Bu qədim yunan koloniyasının yaranmasının təxmini tarixi barədə məlumat yoxdur, çünki bu məsələyə aid məlumat verən yazılı mənbələr yoxdur. Qədim yunan coğrafiyaçıların əsərlərində bu bölgə təsvir olunarkən həmişə Kardiya xatırlanır, belə ki Skilak "Məskun dənizin Peripli" əsərində bu koloniyanın adını çəkir. Strabon isə Kardiyanı Frakiya Xersonesosu yarımadasının ən böyük şəhəri adlandırır.[1]

Başlanğıcda Kardiya ərazisi miletiyalılar və klazomenlər tərəfindən müstəmləkələşdirildi. Bununla birlikdə, Miltiadın dövründə məskunlaşma daha aktiv oldu, çünki o, Afinadan bu bölgəyə mühacirləri cəlb etməyi bacardı. Herodot qeyd edir ki, İran kralı I Kserksin ordusu Yunanıstana yollanarkən Kardiyadan keçmişdir.[2] Pavsaninin xəbər verdiyi kimi, Kardiya Lisimax tərəfindən dağıdılmışdır. O yazır ki, tarixçi Evmen Kardiyalı məhz buna görə Lisimaxı sevmirdi.[3]

  1. Strabon. Coğrafiya. VII, фр. 51; с. 331
  2. Herodot. Tarix. VII, 58
  3. Pavsani. Elladanın təsviri. I. 9. 8