Metropolitan Life Tower

Vikipediya, azad ensiklopediya
Hilal knight (müzakirə | töhfələr) (Səhifə "'''Metropolitan Life Tower''' ({{Dil-en|The Metropolitan Life Insurance Company Tower}} və ya ''Metropolitan Life Tower'' və ya ''MetLife Tower'') — Nyu..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 09:32, 28 dekabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Metropolitan Life Tower (ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-ın tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi.

Müasir dövrdə

2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.[1] 2011-ci ildə Tommi Hilfiger və ortaqları binanı lüks mənzillərə sahib ilk "Hilfiger" otelinə çevirməyi planlaşdıraraq 170 milyon dollara almaq üçün müqavilə imzaladılar. Lakin "Hilfiger" 2011-ci ilin sentyabrında layihədən imtina etdi.[2]

İstinadlar

  1. "Clock Tower at Five Madison Goes for $200 M". The New York Observer. May 15, 2007. 2011-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2011.
  2. "Marriott Buys the Clock Tower". StreetBeat. 2012-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-22.