Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi.
Metropolitan Life Tower | |
---|---|
Ümumi məlumatlar | |
Memarlıq üslubu | Neointibah memarlığı |
Ünvan | Medison Avenyu, 1[1], Manhetten, |
Ölkə | |
Şəhər | Nyu-York şəhəri |
Koordinatlar | 40°44′28″ şm. e. 73°59′15″ q. u.HGYO |
Tikintisinin başlaması |
1890 (ilkin şərqi qanadı) 1905 (qüllə) 1955 (hazırkı şərq qanadı) |
Tamamlanıb |
1893–1905 (ilkin şərqi qanadı) 1909 (qüllə) 1957–1960 (hazırkı şərq qanadı) |
Yenilənib |
1953–1957 2015 (qüllənin otelə çevrilməsi) |
Sökülüb | 1953–1955 (ilkin şərqi qanadı) |
Sahibi | Abu Dhabi Investment Authority |
Hündürlük | |
Hündürlük | 210 |
Memarlıq | Napoleon LeBrun & Sons |
Texniki detallar | |
Material | polad, əhəng daşı |
Mərtəbə sayı | 50 |
Vikianbarda əlaqəli mediafayllar |
2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.[3] 2011-ci ildə Tommi Hilfiger və ortaqları binanı lüks mənzillərə sahib ilk "Hilfiger" otelinə çevirməyi planlaşdıraraq 170 milyon dollara almaq üçün müqavilə imzaladılar. Lakin "Hilfiger" 2011-ci ilin sentyabrında layihədən imtina etdi.[4]