Anar Umarov

Vikipediya, azad ensiklopediya
Gülhanə Əskərova (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 20:26, 5 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Anar Umarov
Fayl:ANAR UMAROV.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yevlax, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Murovdağ,Kəlbəcər, Azərbaycan
Dəfn yeri Yevlax Şəhidlər xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014-2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər Vətən müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Anar Umarov (tam adı: Anar Məhəmməd oğlu Umarov ; 12 may 1991; Yevlax, Azərbaycan2 noyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.[1]

Həyatı

Anar Umarov 1991-ci il mayın 12 – də Yevlax şəhərində anadan olub. 1998-ci ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı tam orta məktəbinə daxil olmuşdur. 2009-cu ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Futbol ilə məşğul olmağı sevirdi. Məktəb vaxtı 3 il profesional şəkildə futbol ilə məşğul olub. Bir çox futbol yarışlarında iştirak edib. Azərbaycan futbolçuları ilə görüşlərdə də fəal iştirak edib.

Hərbi xidməti

Şəhdi Anar Umarov

Hərbi xidmətini Artilleriya qüvvələrinin "065"saylı hərbi hissəsinin Artilleriya Bölüyündə keçirib. Hərbi xidmətini 2011-ci ilin yanvar ayında başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra, 2014-ci ilin avqust ayında MAXE kimi xidmətə davam etmişdir. Yenidən 2019-cu ildə 701 saylı hərbi hissədə Kiçik Çavuş vəzifəsində xidmətə davam etmişdir. Azərbaycan Ordusunun Kiçik Çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edir. Öz istəyi ilə könüllü olaraq kəşfiyyat bölüyünə keçir.Ağdərə , Cəbrayıl, Laçın istiqamatində gedən döyüşlərdə, qəhrəmancasına döyüşüb. 30 oktyabr Kəlbəcər Murovdağında baş verən döyüşlərdə şəhid olur. 2 noyabrda Şəhidlər Xiyabanında dəfn edilir. Ailəsinə yazdığı son mesaj: "Salam, salamatçılıqdı set yoxdu danışa bilmirəm məni soruçanlar olsada mama de ki, salamatdı Allah qoysa salamat gəlim mama əht eləmişəm sənin ayaqlarınnan öpəcəm. Ataya da salam de." Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Umarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Şəhid Anar Umarov üçün yazılmış şeir:[2]

Qarabağ torpağı sənə güvəndi,

Qanın düşən yerə nur səpələndi.

Dünən torpaq idi, bu gün vətəndi,

Qanınla sulandı Murov, Anarım,

Ey şəhid Anarım, şəhid Anarım.


Atan Məhəmmədə qanad olmusan,

Anana, bacına həyat olmusan.

Murov qartalı tək ad qazanmısan,

Elində, obanda, igid Anarım,

Ey şəhid Anarım, şəhid Anarım.


Dostların unutmur məgrur səsini,

Qaniçən düşmənlər aldı dərsini.

Vətənin yolunda son nəfəsini,

Verdin cəsarətlə, igid Anarım,

Ey şəhid Anarım, şəhid Anarım.


Sən oldun zirvədə əvədi bayraq,

Sən doğma yurdumda sönməyən ocaq.

Sən nəslin qüruru, şərəfi, qoçaq,

Yenilməz şahinim, igid Anarım,

Ey şəhid Anarım, şəhid Anarım.


Ömür yolun çoxlarına örnəkdi,

Sənin tək igidlər yurda bəzəkdi.

Şəhidlik Allahdan gələn nemətdi,

Tarixə yazıldı adın, Anarım,

Ey şəhid Anarım, şəhid Anarım.


Dağları bürüyüb çən, duman, qırov,

Sənin izin qalan o qanlı Murov.

Cənab çavuş, igid Anar Umarov,

Qaldı ürəklərdə xatirələrin,

Yaddan çıxmayacaq şirin sözlərin.

Təltifləri

İstinadlar

Şablon:2-ci Qarabağ müharibəsinin şəhidləri