Ağçala

Vikipediya saytından
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:50, 12 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

AğçalaTiflis quberniyasının Borçalı qəzasında dağ adı.

Ağçala- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Digər adı Qaranlıq. Azərbaycan dilində çala "çuxur" "su yığılan çökək yer", "yağışqar suları yığılan yer" sözlərindən ibarətdir. Qeyd etmək lazımdır ki, Gürcüstanın türk toponimiyasında "çala" sözü bir neçə Çala toponimindən başqa Alaçala, Quluçala, Qaraçala, Yuxarı Avçala, Ovçala, Sarıçala, Ortaçala, Sərtçala və b.yaşayış məntəqə adlarından da əksini tapmışdır. 1447-ci ilə aid gürcücə bir sənəddə Gürcüstanda Avçala kənd adı çəkilmişdir. Çala sözünün türkmənşəli olması Dağ Borçalının (indi Ermənistanda Taşir rayonunda) Cücəkənd (Qızıl Şəfəq) kəndinin ərazisində Xırdaçalalar gölməçə adları ilə də təsdiqlənir. Lakin Gürcüstan toponimiyasında "çala" Azərbaycan dilindəki "çala" sözü "çökək yer" mənasında yox, türk dillərindəki çalı "kol - kosluq", "su kənarı kolluq" sözündəndir. Bu toponimlərdə "çala" XIX əsrdə Azərbaycanda NuxaCavad qəzalarında Ağçala və indi Qaraçala, Neftçala, Biləsuvar rayonunda Mahmudçala, Bağırçala, Şərifçala, Xan qalası, Ağçala, Şorçala və b. toponimlərdə "çala" sözü ilə mənaca eynidir. [1]

  1. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan", 2008