Sabun

Vikipediya, azad ensiklopediya
Kəmalə baxa (müzakirə | töhfələr) tərəfindən edilmiş 08:11, 14 yanvar 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Dekorativ sabun toplanması, ki, adətən, onlara otellərdə rast gəlmək olar
Fayl:SodiumSterateChemStr.png
Natrium stearat kimyəvi strukturunun iki ekvivalent şəkili, tipik bir sabun

Sabun — Kimyada, sabun yağ turşusunun duzudur.[1] Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. Məişət sabunu

  • Ali karbon turşularının natrium və kalium duzları sabun adlanır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir.

Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır.

Sözün mənşəyi

Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir.

Kimyəvi tərkibi

Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir. Bu formul qəlib sabunda C17H35OONa, maye sabunda isə C17H35OOK kimidir. Həmçinin bəzi sabunlara parfüm kimi ftalat adlanan kimyəvi maddələr və s. qatılır.

İstinadlar

2.http://www.hefreedictionary.com/soap

  1. IUPAC. "IUPAC Gold Book – soap" Compendium of Chemical Terminology, 2nd ed. (the "Gold Book"). Compiled by A. D. McNaught and A. Wilkinson. Blackwell Scientific Publications, Oxford (1997). XML on-line corrected version: created by M. Nic, J. Jirat, B. Kosata; updates compiled by A. Jenkins. ISBN 0-9678550-9-8. DOI:10.1351/goldbook. Accessed 2010-08-09