Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
IUPAC kimyəvi nomenklaturası və ya IUPAC adlandırma sistemi kimyəvi birləşmələrin adlandırılması üçün istifadə edilən bir sistem olub, ümumiyyətlə kimya elmini təsvir etmək üçün istifadə olunur. O, Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqı (İngilis dili: International Union of Pure and Applied Chemistry və ya IUPAC ) tərəfindən yaradılmış və onun tərəfindən nəzarət altında saxlanılmışdır.
Üzvi və qeyri-üzvi birləşmələrin adlandırılması qaydaları Mavi kitab (Blue book) və Qırmızı kitab (Red Book) kimi tanınan iki nəşrdə saxlanılır. Yaşıl kitab (Green Book) kimi tanınan üçüncü nəşrdə (IUPAP ilə əməkdaşlıq edilərək bu kitab hazırlanmışdır) fiziki kəmiyyətlər üçün istifadə ediləcək simvollar təsvir edilmişdir. Qızıl kitab (İngiliscə: Gold Book) adlı dördüncü bir kitabda isə kimyada istifadə olunan bir çox texniki terminlərin tərifləri və mahiyyəti qeyd edilmişdir. Bunlara oxşar olan xülasələr biokimya (IUBMB ilə əməkdaşlıq çərçivəsində yazılmışdır), analitik kimya və makromolekulyar kimya üçün də hazırlanmışdır. Xüsusi hallar üçün bu kitablar vaxtaşırı Pure and Applied Chemistry elmi jurnalında dərc edilmiş daha qısa tövsiyələrlə tamamlanır.