Brudzinski simptomu

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 11:55, 18 yanvar 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Brudzinski simptomuMeningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab edilir.

► Brudzinski (yuxarı) simptomu – arxası üstə uzanmış xəstədə həkim ənsə əzələlərinin rigidliyini yoxladıqda, passiv olaraq başı önə əyir, bu zaman ətraflar diz və bud-çanaq oynağında bükülür.

► Brudzinski (orta) simptomu – qasıq nahiyəsinə təzyiq göstərdikdə reflektor olaraq ətraflar diz və bud-çanaq oynağında bükülür.

► Brudzinski (aşağı) simptomu – Kerniq simptomunda olduğu kimi bükülmüş ətrafı diz oynağında açırlar. Bu zaman digər ətraf diz oynağında bükülür.[1]

  1. "Brudzinski simptomu, səh.15" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.