Brudzinski simptomu

Brudzinski simptomuMeningitlər zamanı qeydə alınan əsas nevroloji simptomlardan hesab edilir.

► Brudzinski (yuxarı) simptomu – arxası üstə uzanmış xəstədə həkim ənsə əzələlərinin rigidliyini yoxladıqda, passiv olaraq başı önə əyir, bu zaman ətraflar diz və bud-çanaq oynağında bükülür.

► Brudzinski (orta) simptomu – qasıq nahiyəsinə təzyiq göstərdikdə reflektor olaraq ətraflar diz və bud-çanaq oynağında bükülür.

► Brudzinski (aşağı) simptomu – Kerniq simptomunda olduğu kimi bükülmüş ətrafı diz oynağında açırlar. Bu zaman digər ətraf diz oynağında bükülür.[1]

  1. "Brudzinski simptomu, səh.15" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.