İnsolyasiya

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 20:25, 1 mart 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Yer atmosferinin yuxarı hissəsində və planetin səthində illik insolyasiya
Yer atmosferinin yuxarı hissəsində və planetin səthində illik insolyasiya

İnsolyasiya - müəyyən vaxt (dəqiqə, gün və s.) ərzində üfüqi səthə (1 sm²) düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası (kalorilərlə) axını. Atmosferin yuxarı sərhəddində insolyasiya günəş sabiti adlandırılır. Bəzən günəş radiasiyasının şaquli səthə (məsələn, divar) və maili səthə (yamac) axını da insolyasiya kimi başa düşülür.[1]

İnsolyasiya cəhəti

İnsolyasiya cəhəti dünyanın cəhətlərinə və horizontun müstəvisinə görə səthin (dərənin, yarğanın, dağın, təpənin, yüksəkliyin və digər formaların) vəziyyətidir. Bu, müəyyən yerdə və ilin müəyyən zamanında səthin günəş şüaları ilə işıqlanma müddətini və intensivliyini təyin edir. İnsolyaisya cəhəti xüsusilə dağ rayonlarında iqlimə təsirini göstərir. Həmçinin, yamaclarda iqlimin diferensasiyasına, torpağın, bitkinin müxtəlifliyinə səbəb olur. Dağlarda müxtəlif insolyasiya cəhətlərində landşaft qurşaqlığı strukturunda, qar sərhəddinin yüksəklik vəziyyətində fərq müşahidə olunur.[2]

Dünya üzrə insolyasiya xəritələri

Həmçinin bax

Günəş radiasiyası

Xarici keçid

Günəş modulları yaşadığım yer üçün əlverişlidirmi? Arxivləşdirilib 2017-08-31 at the Wayback Machine

İstinadlar

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ekoloqların məlumat kitabı. Bakı-Elm-2003.
  2. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.