Rafiq İbadov
Rafiq İbadov | |
---|---|
Rafiq Baloğlan oğlu İbadov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020 (55 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Atası | Baloğlan İbadov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər (mülki qulluqçu) |
Döyüşlər | |
Təltifləri |
Rafiq Baloğlan oğlu İbadov (14 avqust 1965, Zəngilan – 29 sentyabr 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin istefada olan əsgəri, mülki qulluqçu, tank mexaniki, Vətən müharibəsi şəhidi. O, Vətən Müharibəsinin ən yaşlı şəhididir.
Həyatı və hərbi xidməti
Rafiq İbadov 14 avqust 1965-ci ildə Zəngilan şəhərində dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs və istefada olan əsgər olaraq fəaliyyət göstərmişdir. Uzun müddət tank mexaniki olaraq işləmiş, hərbçilərə kömək etmişdir. Həmçinin, 2016-cı ilin aprel ayında baş vermiş Dördgünlük müharibədə iştirak etmişdir.
Rafiq İbadov 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində könüllü mülki qulluqçu və tank mexaniki olaraq döyüş tanklarının saz vəziyyətə gətirilməsində böyük rolu olmuşdur. 29 sentyabr 2020-ci ildə iş zamanı düşmən tərəfindən açılan güllə nəticəsində Rafiq İbadov şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rafiq İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Ailəsi
Ailəli idi, 3 övladı var.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
İstinadlar
- ↑ "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi) ( (az.)). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 14 avqustda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Zəngilanda doğulanlar
- 29 sentyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- 55 yaşında vəfat edənlər
- Qarabağda vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Tərtər rayonunda vəfat edənlər