Davadariya xanəgahı

Vikipediya, azad ensiklopediya
Gunay M.E. (müzakirə | töhfələr) (Səhifə "'''Davadariya xanəgahı''' — Dəməşq şəhərində XIII əsrə aid xanəgah.<ref name=":0">[http://tarixinstitutu.az/Web/uploads/books/books/2020/03/Ort..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 17:40, 17 mart 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Davadariya xanəgahı — Dəməşq şəhərində XIII əsrə aid xanəgah.[1]

Tarixi

İbn Kəsir 1298-ci il hadisələri haqqında danışarkən Davadariya xanəgahı, oradakı mədrəsə və hədis evi barədə məlumat vermişdir. Bəzən xanəgah şeyxi həm də mədrəsədə dərs deyə bilirdi. Mahmud ibn Əli ibn İsmayıl ibn Yusif ət-Təbrizi (1319) bu“Şafiiyyə” mədrəsəsində dərs demiş, həm də “Davadariya” xanəgahının şeyxi olmuşdur. Dəməşq Universitetində təhsil almış İbn əs-Sabuni xəbər verirdi ki, Əbül-Qasım ibn Ruvaha əl-Ənsari kimi alim şeyx Azərbaycanın Şirvan bölgəsindən olan Əbül Həsən əl-Müfəddidin tələbəsi olmuşdur. Əbül-Həsən ona qiraətdən dərs demişdi. İbn əs-Sabuninin özünün Dəməşqdə mühazirələrini dinlədiyi digər azərbaycanlı ziyalı 1164-cü ildə anadan olmuş Əbu Şəfa Xəlil ibn Əhməd ibn Xəlil ət-Təbrizi 1257-ci ildə vəfat edənə qədər burada qalaraq fəaliyyətini davam etdirmiş, Dəməşqdə, sufilərin qəbirstanlığında dəfn edilmişdir.[1]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015.

  1. 1 2 Nərgiz Əliyeva. Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti. Bakı: «Turxan» NPB, 2015, s. 91-92.