Şirvan (tarixi ərazi)

Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı.

Tarixi Azərbaycan əraziləri
Şirvan
Ümumi məlumatlar
Bölgə Azərbaycan
Əsası qoyulub IV əsr
İndiki adı Şamaxı
Əhalisi türklər, massagetlər, ləzgilər, tatlar, hunlar, xəzərlər və s.
Xəritədə yeri
Şirvan xəritədə
Şirvan
Şirvan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi.[1]

Adın etimologiyası

[redaktə | mənbəni redaktə et]

Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyənin Cənub-şərqi Anadolu regionunda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir.[2] Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.[3][4][5][6] Şirvan adının etimologiyasının müxtəlif yozumları (şirlər diyarı, süd ölkəsi, Ənuşirəvanın adının qısaldılmış forması və s.) məlumdur. Ən çox diqqət edilən isə Şirvan sözünün şir, yaxud şər tayfasının adından törəməsi ehtimalını irəli sürən V.F.Minorskinin fikridir. O, həmçinin yazır: "Şirvan adını Şərqi Qafqazın bir sıra yerlərinə Xəzərin cənub sahillərindən (Gilan, Deyləm) köçüb gələnlərin köhnə məskənləri ilə bağlılığını göstərən adlar sırasına daxil etmək mümkündür".[7]

Orta əsrlərdə Şirvan vilayətinin sərhədləri istilalar nəticəsində ölkənin inzibati bölgüsünün dəyişməsi ilə tez-tez dəyişikliyə uğrayırdı. Müəyyən dövrlərdə Şirvanın bir hissəsi Atropatenanın tərkiibnə daxil olmuşdur.[8] Bir çox hallarda onun sərhədləri Cənubi Dağıstanın şəhər və kəndlərinə qədər gedib çatırdı.

Antik müəlliflər Şirvanın adını çəkmirlər. Bu ad Sasanilər dövründən məlumdur. Əl-Bəlazuri Şirvanşah adını Xosrov Ənuşirəvanın Şərqi Zaqafqaziyaya təyin etdiyi xırda padşahlar sırasında çəkir.[9] İbn Xordadbeh ilk Sasani şahənşahı Ərdəşirin (224241-ci illər) vilayət hakimlərinə verdiyi şiriyanşah (şiranın bir variantı) titulunun adını çəkir.[10] "Aşxaratsuys"da – "VII əsr erməni coğrafiyası"nda VII əsrin ikinci yarısında Albaniyanın mərzbanlar – Sasani canişinləri oturan 11 vilayəti arasında Bazkan (Balasakan), Dərbənd, Çola, Təvəspark (Təbərsəran), Şirvan (Şruan), Xoruan (Xsrvan Ehtimal ki, Xursan -S.A.) və başqaların adlarını sadalayır.[11] Bu vilayətlərin siyahısı, ehtimal ki, Albaniyanın Sasanilər vaxtında inzibati cəhətdən mərzbanlıqlara bölündüyü dövrdən qalmışdır. Ərəblərin dövrundə və sonralar həmin vilayətlər Şirvan dövlətinin tərkiibnə daxil idi.

Şirvan Ərəb Xilafətinin tərkibində

Şirvan ölkəsinin adı çəkilən ən qədim mənbə elə həmin "Erməni coğrafiyası"dır. Burada Şirvanın coğrafı mövqeyi verilmişdir: "Qafqaz dağları iki silsiləyə bölünür: biri düz istiqamətdə Şirvan ölkəsinə və Xsrvana tərəf ta Xorsvemədək gedib çıxır [12] ikincisindən isə şimala Atil çayına doğru axan Zərm çayı başlanır. Bu silsilə sonra şimala doğru yönəlir... Əlgminon bataqlığına və dənizin içərilərinə qədər gedib çıxan və Əbzud Qubad adlanan uzun sədd onun davamıdır. Bu dənizin şimal tərəfində massagetlər yaşayır. Vardan düzündə Qafqaz sıra dağlarının gəlib çatdığı və Dəmirqapı Dərbənd divarının uzandığı Xəzər dənizinə qədər dənizin içində iri qala tikilmişdir. Şimal tərəfdə (Dərbənddən) dənizin yaxınlığında hun məmləkəti yerləşir..." [13]

Bu lokallaşdırmaya görə VII əsrin əvvəllərində Şirvan vilayətinin ərazisi Dərbənddən Qafqaz sıra dağları boyunca Xorsvemə, yəni Xursan qalasına, xurs tayfası ölkəsinin (indiki Xızı rayonu) sərhədlərinədək və ehtimal ki, Abşeron da daxil olmaqla Kür çayının mənsəibnədək uzanırdı. "Əlgminon bataqlığı və dənizə qədər" sözləri,görünür, Kür çayının geniş bataqlıq və qamışlıqla örtülmüş mənsəibnə və deltasına işarədir.[14] Abşeron yarımadasından şimalda 400 58,30 şimal en dairəsində dağlar dəniz sahilinə qədər uzanır. Bilavasitə qum təpələrindən və 1,75 km enində sahil düzənliyindən sonra yamacları sıldırımlı, zirvəsi bir neçə şiş uclu qayadan ibarət Beşbarmaq adı ilə tanınan dağ ucalır. Zirvənin lap başında qaya uclarının arasında "Xızırzində" pirinin xarabalıqları qalır. Qayanın ətəklərində, enişli yaylada və dağın yamaclarında möhkəm qala divar və bürclərinin qalıqları durur.[15][16]

Mədəni və iqtisadi mərkəzi Şirvan ərazisi olan Şirvanşahlar dövləti

Çiy kərpicdən hörülmüş divar Sasanilər dövründə xəzərsahili keçidin qabağını kəsən "uzun sədlər"dən ən cənubda olanı idi. Sonralar, I Qubad zamanında Şirvan ölkəsində müdafiə sədlərinin birinci hissəsindən 23 km şimalda Əbzud Qubad adlanan ikinci hissəsi çəkildi. Bu sədd Gilgilçay boyunca uzanıb gedirdi. Şaporan (Şəbəran) şəhəri onun yaxınlığında yerləşirdi. Bu, X əsr müəllifınin Sur ət-tın adı ilə xatırladığı Gilgilçay, yaxud Şəbəran səddi idi.[17][18] Sasanilərin möhtəşəm müdafıə səddi olan Gilgilçay səddinin uzunluğu təqribən 30 km-ə (onun 20 km-i çiy kərpicdən, qalan hissəsi daşdan çəkilmişdi), divarların qalınlığı və hündürlüyü təqribən 8 m-ə çatırdı. Səddin qurtaracağında dağ zirvəsindəki nəhəng qaya üzərində müdafiə məqsədilə Çıraqqala qalası tikilmişdi. Baş bürcü hörmə üsuluna görə Bakıdakı Qız qalasını xatırladan nəhəng istehkam olan Çıraqqala təqribən V əsrdə tikilmişdir. Beşbarmaqdan şimala doğru sahil boyu, Sasani dövrünə aid qədim şəhər yerlərinin xarabalıqlarına və qalıqlarına rast gəlinir.[19] Onlardan biri, IX əsr müəllifiərinin adını çəkdiyi Beşbarmaq yaxmlığındakı Bacarvan şəhəri idi.[20][21]

Üçüncü maneə səddi Samurçaydan və Massaget hökmdarlığının paytaxtı Cora – Çora – Çoladan şimalda çəkilmişdi. Burada Rubas çayının düzənliyə çıxdığı yerdə dağlar yenidən dəniz sahilinə yaxınlaşır. "Uzun sədlər"in xarabalıqları Torpaqqala şəhər yeri yaxınlığında bu günədək qalmaqdadır.[22][23]

Ərəblər dövründə (X əsr və sonralar) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənub-şərq ətəkləri, cənub-qərbdə onu ArrandanMuğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx (Alazan) çayı, Şərqdə Xəzər dənizi idi. XIV əsrin birinci yarısında (1340-cı il) Həmdullah Qəzvini yazırdı: "Şirvan ölkəsi Kür sahillərindən Dərbəndə (Bab əl-Əbvab) qədər uzanır."[24]

Albanerməni müəllifləri Xəzər dənizini Şərq dənizi adlandırırdılar. Şirvan ərazisi Qafqaz dağlarının şimal yamaclarından axıb gələn aşağıdakı altı çayla suvanılır: cənubda Bakı ilə Kürün mənsəbi arasında Xəzər dənizinə tökülən Pirsaat, Ağsu, Girdiman, Göyçay, üstündə Qəbələ yerləşən Türyançay və Şəkinin suvanıldığı Əlicançay şərqdə Cənubi Dağıstan (Dərbənd) və Şirvan ərazisindən Rubas, Gülkəri, Samur, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Ataçay, Sumqayıt çayları axıb Xəzər dənizinə tökülür.

Abbasqulu Ağa Bakıxanov 1841-ci ildə orijinalını farsca yazdığı "Gülüstani-İrəm" əsərində Şirvanı təsvir edərkən yazır: "Beləliklə indiki Şirvan məmləkəti Səlyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir."[25]

Şamaxılı qız milli geyimdə (rəssam:Qriqori Qaqarin)

Şirvan qədimdən DərbəndDəryal keçidləri vasitəsilə şimaldan eləcə də şərqdən və cənubdan (İran vasitəsilə) gəlmiş oturaq və köçəri tayfalarla məskunlaşmışdı. Min illər boyu Şirvan torpağı birbirini əvəz edən Qafqaz və türkdilli tayfalar arasında rəngarəng əlaqələr meydanı olmuşdur. Bunu təkcə yazılı mənbələr deyil, arxeoloji və toponimik məlumatlar da təsdiq edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir.[26] VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar [27]. Dərbənd, Şəki, Muğan düzü, Şirvan, Siyəzən, Xızı, Beşbarmaq, Təbərsəran, Xaçmaz, Şamaxı, BakıQuba zonaları hüdudlarında yayılmışdılar.

Bu tayfalardan bəziləri "Qafqaz dağları qollarının gəlib çatdığı və Dərbənd divarının, dənizdə əzəmətli qalanın ucaldıldığı" Xəzər sahillərində yaşayırdılar. İndiki ləzgilərin əcdadları olan ləklər bu gün də Quba rayonunun şimal hissəsində, Dərbəndin yaxınhğmda yaşayırlar.

Bir sıra erkən orta əsr müəllifləri hunların, sabirlərin, xəzərlərin Albaniyaya keçib gəlmələrindən, basqınlarından bəhs etmişlər. Hunlar Qafqazda ilk dəfə eramızın II əsrinin ikinci yarısında görünmüşlər. Aqafangelə görə, hunlar Albaniyaya Dərbənd (Çor) keçidindən III əsrin birinci yarısında və sonralar, IV əsrin birinci yarısında və axırında (395-ci il) [28][29][30][31]. girmişlər. Hunların Albaniyaya – Dərbəndə, Şirvana, Muğana və başqa vilayətlərə basqınları V-VI əsrlərdə də davam etmişdir. Həm də, hun ordası konqlomeratında bulqarlar, xaylandurlar, V-VI əsrlərdə isə sabirlər də var idi.[32][33][34][35][36][37][38][39][40][41]

VII-IX əsrlərdə Qəbələyə, Muğana girən sabirlər, xəzərlər və bulqarlar bu vilayətlərin toponimikasında öz izlərini qoymuşlar.[42][43][44][45] "Erməni coğrafiyası"nda adı çəkilən zekenlər (tsekanlar), ehtimal ki, Şəki vilayətinin əhalisi – şəkililərdir. Erməni mətnindəki xenukların (antik müəlliflərdə genioxlar) adlan Şəki rayonundakı Yuxarı və Aşağı Göynük və Bozdağın ətəyində balaca Göynük çayının adlarında həkk olmuşdur. Kaspilər Abşerondan cənubda, KürAraz çaylarının arasında və Xəzər (Kaspi) dənizinin sahillərində yaşamışlar. Şərvanlar Şirvan vilayətində yaşayırdılar. Bu, Şirvanın qədim etnotoponim formasında rast gəlinən ilk adıdır. Xsranlan anonim X əsr mənbəyində adı çəkilən Xursan (Xunsar) vilayəti ilə əlaqələndirmək mümkündür.

Bu vilayət Dərbənd rayonunun cənub hissəsində, Beşbarmaq dağına qədərki ərazidə yerləşirdi.[46][47][48] Təvəsparlar erkən orta əsrlərdə Şirvanşahlara tabe olan cənubi Dağıstanda Təbərsaranda lokallaşdırılır. Xeçmtaklar tayfasının adı Oğuz rayonundakı Xaçmaz kəndi və qalasının, habelə Xəzər dənizi sahilindəki Xaçmaz şəhərinin adında qalmışdır. Ehtimal ki, Favstos Buzandın (V əsr) xatırladığı ijmaxlar IV əsrdə Şamaxı ətrafında, bakanlar isə BakıdaAbşeronda yaşamışlar. Pikonaklar (peçeneqlər) etnonimi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı Biçənək kəndi və aşınmının adında mühafizə olmuşdur.

Maskutlar indiki Quba rayonunda və Abşeronda yaşamışlar. Bu toponimlərin adı IV əsrin birinci yarısında Maskut hökmdarı Sanesananın erməni hökmdarı ilə müharibəsini təsvir edən V əsr müəllifinin əsərində çəkilir. Bu mənbədə "böyük Kür çayı"[49] maskutların sərhədi kimi göstərilir. Massaget – maskut tayfaları Şabran səddindən şimalda, dəniz sahili boyunda yaşayırdılar. VII əsrə aid anonim mənbədə aşağıdakılar bildirilir: "Xəzər dənizinin şimal tərəfində, Qafqaz sıra dağlarının gəlib çatdığı dənizə qədər Vardanian düzənliyində maskutlar yaşayır. Dərbənd səddi buradadır".[50] Erməni və ərəb mənbələrinə görə maskutların – Qafqaz massagetlərinin ölkəsi indiki Dağıstanın Dərbənd rayonunun Xəzərsahili ərazisində eləcə də, Azərbaycan Respublikasının Quba, QusarDəvəçi rayonlarında,[51] AbşeronMuğan düzündə yerləşirdi.

Massagetlər Baş Qafqaz silsiləsi ilə dəniz sahili arasında, Dərbənddən Abşerona və Muğan düzünə qədərki bərəkətli vilayətdə məskun idilər. Bu ərazilər Samurçayın aşağı axını və cənuba doğru axan başqa çaylar vasitəsilə suvarılırdı.[52]. VII əsr məxəzində Samur və Gilgilçay çayları arasındakı düzənlik Mazkutk [53], IX-X əsrlər ərəb mənbələrində Məsqət [54][55][56], sonralar orta əsrlərdə isə Müşkür [57] adlanmışdır. Artıq eramızın I əsrində maskutların öz hökmdarlığı var idi. Hökmdarlığın paytaxtı adı ehtimal ki, Xosrov Ənuşirəvan tərəfindən məğlub edilmiş (VI) çol adlı türk tayfasının adından götürülmüş Çor, yaxud Çol şəhəri idi.[58][59]

Məlumdur ki, skif tayfaları Azərbaycandan keçmiş və şübhəsiz, onların müəyyən hissəsi bu bölgədə məskən salmışdı. Bunu arxeoloji materiallar da təsdiqləyir.[60]. Quba rayonunun, AbşeronunMuğanın bir sıra toponimləri irandili leksikaya mənsubdur.[61][62] Erməni, ərəb və fars mənbələrinin verdiyi məlumata görə, Sasani hökmdarları, I Qubad, I Xosrov Ənuşirəvan V-VI əsrlərdə özlərinin şimal sərhədlərini köçəri türklərin basqınlarından qorunmaq üçün bir sıra istehkamlar və Dərbənd divarını tikdirmiş,[63][64][65] Lahican, Təbəristan, Gilan və s. yerlərdən bəzi irandilli tayfalar şimal-şərqi Azərbaycana, daha doğrusu, Şirvan vilayəti bölgəsinə köçürmüşdülər. Bu adlar həmin zonanın toponimikasında da əksini tapmışdır. (Şirvan, Lahıcİsmayıllı rayonunda, Ləhəş – Abşeronda, Təbərsəran – Cənubi Dağıstanda, Gürgan – Abşeronda və s. Bəzi tədqiqatçıların (A.A. Bakıxanov[66], M.H.Vəliyev-Baharlı[67]) fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır.

Əli Məhəmməd oğlu Şirvaninin düzəltdiyi bürünc lüləyin, Şirvan, 1206, Ermitaj

Ərəb müəlliflərinin məlumatına görə, Muğan əyalətində körfəzdən aralı maqların yaşadığı böyük kənd var idi.[68] Bəzi alimlərin fikrincə, Muğanda qədim maq tayfası yaşamış, Sasanilər dövründə və daha əvvəl onlarm arasında kahinlər təbəqəsi yaranmışdı. Muğan sözü bir çox şərq, o cümlədən Muğan düzü,[69][70] Muğan şəhəri toponimik terminlərinin əsasını təşkil edir.

Şirvanda Qafqaz və İran mənşəli toponimlərlə yanaşı, etimoloji mənsubiyyəti türk tipli dillər zəminində müəyyənləşdirilən etnonimlər və antroponomiya faktları ilə təmsil olunan kənd adları da mövcuddur. Narrativ (təhkiyə xarakterli) mənbələrlə yanaşı lapidar (yığcam) mənbələrin toponimikasının öyrənilməsi köçəri türklərin Şirvana hələ erkən orta əsrlərdə gəldiklərini göstərir. Panili Priskin verdiyi məlumata görə erkən orta əsr mənbələrində türklərlə eyniləşdirilən hunlar[71] V əsrdə Abşerona köç etmişdilər.[72][73] Hunların, sabirlərin, xəzərlərin və başqa türk tayfalarının Şirvan vilayətinə soxulmalarını və basqınlarını erməni müəllifləri Yeğişe, Favstos Buzand (V əsr) və Gevond (VIII əsr) da qeyd etmişlər.[74][75][76][77][78] Yeğişeyə görə, hunlar artıq V əsrin ikinci yarısında Şimali Qafqaza gəlmiş, Xəzər dənizi və Qafqaz dağları boyunca uzanan vadini Dərbəndədək tutmuşdular. 503-cü ildə sabirlər Zaqafqaziyaya və Albaniyaya hücum etmişdilər.[79]

VII əsrin əvvəli anonim müəllifin məlumatına görə Xəzər dənizinin şimal-qəribndə Atil (Volqa) çayınadək türkdilli savir –sabir tayfalan yaşayırdı.[80] İbn Xordadbeh (IX əsr) qeyd edir ki, Bab əl Əbvabdan o yana Suvar (Savir) səltənətidir.[55] Mitilenli Zəkəriyyə 555-ci ilə aid salnaməsində qeyd edir ki, qapının, yəni Dərbəndin arxasında, Dağıstanda və Şimali Qafqazda "avqar (auanqur), sabir, burqar, alan, kurtarqar, avar, xəzər, dirmar, sirurqur, baqrasik, kulas, abdel, eftali tayfaları yaşayır. Bu on üç xalq çadırlarda yaşayır, mal-qara, balıq və vəhşi heyvan əti ilə dolanırlar".[81] VI əsrə aid bu salnamədə adı çəkilən tayfalar çadırlarda yaşayan köçərilər kimi xarakterizə olunur. Onların əksəriyyəti türkdilli tayfalardır. On üç addan doqquzu ar, ər, ur, sonluğu ilə bitir. Onlardan burqarlar (bulqarlar), sabirlər, avarlar, xəzərlər, abdellər, eftalilər, saraqurlar (sirurqurlar), onoqurlar (auanqurlar) və başqalarının türkdilli olmaları digər mənbələrdən məlumdur.[82]

Mənbələr təsdiq edir ki, I Xosrov Ənuşirəvan (531-579) xəzərlər üzərində qələbə çaldıqdan sonra üç min əsir türk ailəsini (50 min nəfər adam) ArranaAzərbaycana köçürmüşdü. İbn Misqəveyhin sözlərinə görə türk əsirlərinin cərgəsi on fərsəngə (təqribən 60 km) qədər uzanırdı.[83] Başqa mənbələrə görə, köçürülən ailələrin sayı 10000-ə çatırdı.40 Beləliklə, VI əsrdə türklərin Arrana, Şirvana və Muğana güclü miqrasiyası baş verirdi. Bu ölkələrin toponimikasında türk ünsürlərinin mövcud olmasına – (Qobu, TürkanAbşeronda, Qala, Suvar, Sabiroba-Xaçmaz rayonunda, Balisakan, Biləcəri, Biləsuvar, Biçənək, Qıpçaq, Xəzəryurd, Xəzəryaylaq, Xəzər – Salyan rayonunda) müxtəlif türkdilli tayfaların Şirvan zonasına və qonşu vilayətlərə gəlmələrinə dair narrativ və lapidar mənbələrin verdiyi məlumatları da təsdiq edərək, ölkədə erkən orta əsrlərdən – III-IV əsrlərdən (hunlar) başlayaraq, VI-VIII əsrlərdə daha intensiv şəkildə (sabirlər, xəzərlər, peçeneqlər və b.) türkləşmə prosesi getdiyini göstərir.

Eramızın əvvəlindən Şirvanda, Arranda oturaq həyata keçən həmin türk tayfaları Azərbaycan türklərinin təşəkkülündə iştirak edən mühüm komponentlərdən olmuşlar. Mənbələr göstərir ki, Şirvanda nəzərdən keçirdiyimiz Qafqaz, İran və türk mənşəli qədim əhali ilə yanaşı, VI-IX əsrlərdə və sonralar ərəblər də yaşamışdır.[84]

X əsr ərəb müəllifi əl-Məsudinin yazdığına görə "Haydaqla əl- Bab arasında ərəb dilindən savayı heç bir dildə yaxşı danışa bilməyən müsəlman ərəblər yaşayır. Onlar meşələrdə, cəngəlliklərdə, vadilərdə, iri çayların sahilində, hələ vaxtı ilə ərəb səhralarından qaçıb gələnlərin tutduqları kəndlərdə yaşayırlar. Onlar Haydaq məmləkəti ilə sərhəddə yaşayır, lakin ondan cəngəllik iri çaylar vasitəsilə qorunurlar. Onlarla əl-Baibn arasında məsafə üç milə (bir fərsəng) qədərdir. Əl-Baibn əhalisi onlara kömək göstərir".[85] Əl-Bəlazuri (IX əsr) və əl-Qərnatinin (XII əsr) məlumatına görə ərəb sərkərdəsi Məsləmə ibn Əbd-əl-Məlik (VIII əsr) Dərbənddə, onun ətraf kəndlərində və Təbəsəranda Mosuldan, Dəməşqdən, Tədmurdan, Hələbdən, Suriya və əl-Cəzairənin digər şəhərlərindən 24 min ərəb əsgəri (Qərnatidə – ailəsi) yerləşdirilmişdi; Dərbəndin dörd məhəlləsi müvafıq olaraq, Dəməşq, Hims, Kufə və əl-Cəzirə adlandırılmışdı.[86][87] XII əsrdə İbn əl-Əzraq dağlarda və Dərbəndin ətrafında hələ ölkənin Xilafət tərəfindən istila edildiyi vaxtdan burada yaşayan ərəblərə rast gəldiyini göstərir.[88]

Mənbələr və toponomik məlumatlar göstərir ki, Qafqaz, irandilli və türkdilli tayfalardan ibarət yerli əhali eramızm əvvəlindən etibarən yerli türklərlə intensiv surətdə qaynayıb-qarışmışdır. Azərbaycanda məskunlaşmış ərəb tayfaları yerli əhali ilə qaynayıb-qarışmış, dilləri aradan çıxmış, onun izləri yalnız toponimikada və məhəlli leksikada qalmışdılar. Bu, ərəb istilasınadək Azərbaycanda türk ünsürlərinin davamlı və sabit olduğunu göstərir.[89]

Oqtay Sadıqzadə tərəfindən çəkimiş "İngilis diplomatı, Rusiyanın "Moskva Kompaniyası"nın agenti Antoni Cenkinson Abdulla xan Ustaclının qəbulunda (1562-1563)" tablosu. Azərbaycan Tarix Muzeyində saxlanılır.

Orta əsrlər erməni, ərəb və fars müəllifləri Xəzər dənizinin qərb sahilində, Kürdən şərqdə yerləşib, qədim Qafqaz Albaniyasının, yaxud erkən orta əsrlər Arranının bir hissəsi olan vilayəti Şərvan və ya Şirvan adlandırırdılar. Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Cənub-şərqi Anadoluda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir.[90] Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.[91] Şirvan adının etimologiyasının müxtəlif yozumları (şirlər diyarı, süd ölkəsi, Ənuşirəvanın adının qısaldılmış forması və s.) məlumdur. Ən ağlabatanı Şirvan sözünün şir, yaxud şər tayfasının adından törəməsi ehtimalını irəli sürən V.F.Minorskinin fikridir. O, həmçinin yazır: "Şirvan adını Şərqi Qafqazın bir sıra yerlərinə Xəzərin cənub sahillərindən (Gilan,Deyləm) köçüb gələnlərin köhnə məskənləri ilə bağlılığını göstərən adlar sırasına daxil etmək mümkündür".[92]

H.18 (639)-ci ildə İranAzərbaycanı zəbt edən ərəb qoşunlarının bir hissəsi Bükayr ibn Abdullahın başçılığı ilə şimal-qərb istiqamətində hərəkət edərək, bir neçə döyüşdən sonra h.21 (641/2)-ci ildə Muğanı tutdu, əhali üzərində cizyə vergisi qoydu.[93][94][95][96] Muğanlılarla müqavilə bağlandı və əhalinin, onların əmlakının, din və qanunlarının təhlükəsizliyinə və toxunulmazlığına təminat verən fərman verildi. Bunun müqabilində "həddi-büluğa çatmış hər kəs bir dinar, yaxud onun dəyərini verməli, hər bir müsəlmana səmimi münasibət bəsləməli, ona bələdçilik etməli və bir gecə-gündüz qonaq saxlamah idi".

Ərəb qoşunlan Muğandan Xəzər dənizi sahili boyunca şimala doğru hərəkət edərək elə həmin il Bab əl-Əbvaba (Dərbəndə) çatdılar.[97][98][99] Ət-Təbərinin (X əsr) məlumatına görə Şirvan sərkərdə Suraqə ibn Əmraya Dərbəndi zəbt etmək əmri vermiş xəlifə Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə – h.22 (642/43)-ci ildə fəth olunmuşdur. Suraqə Bükayr ibn Abdullahı və Əbdürrəhman ibn ər-Rəbiə əl-Bəhilini qabaqda göndərərək Şirvana doğru hərəkət etdi.[100][101][102] Onlar Dərbəndə yaxınlaşarkən bu vilayətin irsi hakimi – şah, ehtimal ki, Şirvanşah adlanan Şəhriyar itaət göstərdi, lakin cizyə verməmək, onu sərhədləri şimaldan gələn köçərilərin hücumlarından qoruyan qoşunun saxlanılmasına sərf etmək şərtilə sülh istədi. Şəhriyar aşağıdakıları bəyan etdi: "Mən adları belə çəkilməyə layiq olmayan qəddar düşmənlərlə və müxtəlif xalqlarla üz-üzə dayanmışam. Ləyaqətli və ağıllı adamlar nəcabətlilər əleyhinə onlara yardım göstərməməlidir. Mənim nə Qafqaz dağlarının əhalisi, nə də ermənilərlə heç bir əlaqəm yoxdur. Siz (ərəblər) mənim ölkəmi və xalqımı istila etmisiniz və bu gün mən sizlərdən biriyəm, mənim əllərim sizin əllərinizdir, mən sizə cizyə verməliyəm, mən sizə kömək etməyə və sizin istəklərin izi yerinə yetirməyə borcluyam. Ona görə də bizi cizyə qoymaqla alçaltmayın, zira siz bizi düşmənlərinizin əli ilə zəiflədərsiniz. Onu hər il ödəməli olduğunuz xəracın hesabına yazın".[103][104][105]

Şəhriyarın şərtlərini nəzərə alan Suraqə cizyəni evdə qalıb düşmənlə vuruşmağa getməyənlərdən almaq qərarına gəldi və bunu xəlifə Ömərin ixtiyarına buraxdı. Xəlifə Ömər Şirvan hakimlərinin vergidən azad olunmasına razılıq verdi. Bunun müqabilində Dərbəndin və onun ətrafının əhalisi kafirlərlə vuruşmalı və onları müsəlmanların ərazisinə buraxmamalı idilər. Beləliklə, sülh müqaviləsinə görə ərəblərin həmin bölgələrdə qoşun saxlamasına lüzum qalmadı.[106][107][108][109]

Ərəb ordusu xəlifə Ömər ibn-Əffanın (644-656-cı illər) dövründə cənub-qərbdən hücum edərək ArranŞirvanı tutmuşdur. Naxçıvan zəbt edildikdən sonra Həbib ibn Məsləmənin ordusuna daxil olan bir dəstə Səlman ibn Rəbiənin komandanlığı ilə Biçənək aşırımından keçərək ŞəkiyəGorusa doğru hərəkət etdi və Arrana çataraq, h.25-ci il (28.X.645-16.X.646-cı illər) sülh müqaviləsinə əsasən Beyləqanı zəbt etdi. Həmin müqavilədə əhalinin həyatının, əmlakının, şəhər divarlarının qorunub-saxlanılmasına təminat verilir, əhali üzərində xərac və cizyə vergisi qoyulurdu. Sonra Selman Bərdəyə gəldi və Turtur (Tərtər) çayının sahilində şəhərdən azı bir fərsəng aralı düşərgə saldı. Bərdə sakinləri ilə sülh bağlayıb şəhərə daxil olan Selman bir müddətdən sonra qoşunlarla hərəkət edərək Şakşin (Şakaşen), Meskuan (Metskuenk), Ud (Uti), Mesiran (Metsarants), Xarxilyan (Xarcilank), Təbər (Tri) vilayətlərinin kəndlərini və Arranın digər yerlərini tutdu.[110][111][112][113]

Qədim Şəmkir şəhərini ələ keçirən Səlman ibn Rəbiə əl-Bəhili on minlik qoşunla Bərdican arxasından Arazla Kürün qovuşduğu yerə gedərək, Kür çayını keçib Qəbələni tutdu, Şəkkan (Şəki) və Kamibəran (Kambizena) hakimləri ilə xərac vermələri şərtilə sülh bağladı. Xeyzan (Haydaq) əhalisi də onunla (Səlmanla) bu cür müqavilə bağladı. Sonra o, Şirvana yaxınlaşdı, Şirvanşahı yanına çağırdı və onunla da dağlı hakimlər, Məsqət, Şəbəran və Bab (Dərbənd) şəhəri sakinləri kimi, sülh sazişi bağladı. Lakin Səlman şəhərdən çıxan kimi əhali qapıları onun ardınca bağladı. Xəzər xaqanı isə çoxminillik ordunun başında Bələncər çayının arxasında onun qabağını kəsdi. Burada Səlman öldürüldü və ərəblərin dörd minlik dəstəsi məhv edildi. Səlmanın ölümündən sonra (h.32-ci il (12.VIII.652-1.VIII. 653-cü illər) xəlifə Osman Xuzeyfə ibn Yəmanı AzərbaycanaArrana vali təyin etdi. O, xəlifə canişinlərinin oturduğu Bərdəni özünün iqamətgahına çevirdi.[114][115][116][117]

Bakı qalası

Şirvan tarixdə ilk dəfə Sasanilər dövründə Qafqaz Albaniyasının şimali bölgələrinə verilən addır. Ərəb xilafətinin işğalından sonra, Şirvan ərazisi xəlifin təyin etdiyi hakimlərin mülkünə çevrilmişdir. 799-cu ildən 1538-ci ilədək Şirvanşahların idarə etdiyi və paytaxtı Şamaxıda yerləşən müstəqil dövlət kimi mövcud olmuşdur. XVI əsrdə Şirvan Səfəvilər dövlətinin tərkibinə daxil edilmiş və XVIII əsrdə bir xanlıq kimi fəaliyyət göstərmişdir. Nəhayət 1813-cü ildə Şirvan ərazisi Gülüstan müqaviləsinin nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmişdir.

Şirvan vilayətinə bərəkətli məhsuldar düzənliklər, gözəl otlaqları, çəmənlik və meşələri olan ovalıqlar daxil idi. Burada heyvan bəsləyir, taxıl becərirdilər. Kənd təsərrüfatı inkişaf etmişdi. Meyvə bağları var idi. Kür çayının və dənizin yaxınlığı əhalini qiymətli balıq növləri ilə təmin edirdi. Şirvan torpağı neftlə, duzla, müxtəlif faydalı qazıntılarla – qiymətli metallarla, minerallarla, gillə zəngin idi. Alban tarixçisi Musa Kalankatlı "Albaniya tarixi" əsərində VII əsr Albaniyasından bəhs edərək yazırdı: "Qafqazın hündür dağlarının qoynunda yerləşən Albaniya ölkəsi təbiətin bəxş etdiyi əlvan nemətləri ilə gözəl və füsunkardır. Bu torpaqdan sakit-sakit axan Kür çayı özü ilə külli miqdarda iri və xırda balıq gətirir və Xəzər dənizinə tökülür. Onun çöllərində bol taxıl və şərab, neft və duz, ipək və pambıq, saysız hesabsız zeytun ağacları var. Dağlarında qızıl, gümüş, mis və oxra çıxarılır. Vəhşi heyvanlar: şir, pələng, bəbir, gur, cürbəcür quşlar, qartal, şahin və s.yaşayır".[118]. Abşeronda ta qədimdən neft və duz hasil olunur, Şamaxıda çəkil, pambıq və üzüm becərilir, arpa, buğda və s.əkilirdi.

Vəhşi heyvanlara dair mənbələrdə verilən məlumatlar Bakı yaxınlığındakı üzərində şir, pələng, gur, kulan və sair heyvanlar təsvir olunmuş Qobustan və Abşeron qayaüstü təsvirləri də təsdiq edir. Kənd təsərrüfatı və heyvandarlığın, habelə dağ-mədən işinin və onunla bağlı metal emalının inkişafı əhalinin rifahını təmin edirdi. Şirvanın tarixini tədqiq etmiş A.A.Bakıxanovun təbirincə "Şirvan Qafqaz ölkəsinin ən gözəl və ən geniş vilayətlərindəndir".[119]

  1. "www.tourism.az". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-27.
  2. Cyce Axмaд. Aтлac. Бarдaд, 1371-1952
  3. Баладзори (Балазури). Книга завоевания стран. Текст перев. с араб. П.К.Жузе. Материалы по истории Азербайджана. вып. III. Баку: 1927, стр.5 (ərəb mətni)
  4. Якут. Извлечение из географического словаря Якута Хамави. Перев. П.К.Жузе. Баку: 1942. НАИИАНА. инв. 505, ИI, стр.282
  5. Закарийа ал-Казвини. Асар ал-билад ва ахбар ал-ибад. Бейрут: 1960 (ərəb mətni), стр.600-601
  6. Картлис цховреба. Изд. С,Г,Каухчишвили (gürcü mətni). I-II, Тбилиси: 1955-1959, стр.344.
  7. В.Ф.Минорский. История Ширвана и Дербенда X-XI веков. M.: 1963, стр.34-35
  8. Apмянcкaя гeoıpaфия VII в. Изд. K.П.Пaткaнoвa. CПб., 1877, c.50-51.
  9. Əl-Bəlazuri, s.5.
  10. İbn Khordadbeh. Kitab al-Masalik Wa'1- Mamalik. BGA, ed. M.Jde Goeje, 6, Lugd. Batav, 1889, s. 17.
  11. Robert H.Hewsen. Aпnenia according to the Asxarhac'ouc. Revue des études arméniennes, nouvelle serie, t.II, Paris, 1965, s.341-342.
  12. J.Marquart. Osteuropaishe und ostasiatishe Streifzuge. Leipzig, 1903, s. 170
  13. Geographie de Moise de Corene d'apres Ptolemee, texte armenien,traduit en francais par le P.Arsene Soukry Mekhitariste, Venise, 1881, c.37, дpeвнeapмян. тeкcт, c.27.
  14. A.Ф.Ляйcтep и Г.Ф.Чypcин. Гeoфaфия Зaкaвкaзья. M., 1929,c.169.
  15. Engelberto Kaempfero.Amoenitatumexoticarumpoliticophysico-medicaшm... et descriptions rerum persicarum ei ulterioris Asiae... Lemgoviae, 1972, p.357-361
  16. E.A.Пaxoмoв. Бeш-Бapмaк. "Изв. Aзepб. apxeoл. кoмитeтa", 1925, вып.II, c.10-12
  17. Пaxoмoв. Kpyпнeйшиe пaмятники, c.40-43
  18. C.T.Epeмян. Пoлитичecкaя иcтopия Aлбaнии III-VII вв. Oчepки иcтopии CCCP III-IX вв. M., 1958, c.316.
  19. Пaxoмoв. Kpyпнeйшиe пaмятники, c.42-43.
  20. İbn Xordadbeh,s.l22, 124
  21. N.M.Vəlixanlı, s.16, 24
  22. Пaxoмoв. Kpyпнeйшиe пaмятники, c.43
  23. Epeмян. Пoлитичеcкaя иcтopия Aлбaнии, c.316.
  24. The geographical part of the Nuzhat-al-Qulub, composed by Hamd Allah Mustawfı of Qazwin in 740 (1340) ed. and transl. by G. Le Strange. Leyden-London, 1915, 1919 (GMS, XXIII, 1-2), s.93.
  25. A.A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 2001, s. 6
  26. Иcтopия Apмeнии Фaвcтoca Бyзaндa. Пepeв. M.A.Гeвopгянa. Epeвaн, 1953, c.15-16
  27. Apмянcкaя гeoфaфия, c.36-39; Гeorpaфия, изд. Cyкpи, c.36-37
  28. Agathange. Histoire du renge de Tiridate, trad. en francais pap V.Langlois. Collection des histo. iens anciens et modernes de Armenie, Paris, 1867, p.l 15
  29. Фaвcтoc Бyзaнд. Иcтopия Apмeнии Фaвcтoca Byзaндa. Пepeв. c дpeвнeapмянcк. M.A.Гeвopгянa. Epeвaн. 1953. c.15, 16
  30. М. И. Apтaмoнoв. Иcтopия xaзap. Л., 1962, c.52-53
  31. Ю.Г.Джa-фapoв. Гyнны и Aзepбaйджaн. Aвтopeф. кaнд. диcc, Бaкy. 1981, c.5-6
  32. Cкaзaния Пpиcкa Пaнийcкoгo. Пepeв. Г.C.Дecтy ниca. Уч. зaп. II oтд. Имп. aкaд. нayк, кн.VII, вып.I, CПб., 1861, c.61-65
  33. Eгишe, c.Зl, 170
  34. Moиceй Kaлaнкaтyйcкий, c.9
  35. J.Marquartt. Eransahr nach der Geographie des Ps. Moses Xorenac'i. Band III, N. 2, Beтlin, 1901, c.56, 96, 119
  36. Kapтлиc uxoвpeбa, I. c. 15-17
  37. Meнaндpa Bизaнтийцa пpoдoлжeниe иcтopии Aıaфнeвoii. Bизaнтийcкиe иcтopики. Пepeв. c гpeч. C.Дecтyниca. CПб., 1860, c.411
  38. Apтa-мoнoв, c.57-70,124-126
  39. H.Пигyлeвcкaя. Cиpнйcкиıe иcтoчники иo иcтopии нapoдoв CCCP. M.-Л., 1941, c.86-87
  40. Z.M. Bünyadov. Azərbaycan VH-IX əsrlərdə. Bakı. 1988, s.180
  41. A.B.Гaдлo. Этничecкaя иcтopия Ceвepнoгo Kaвкaзa IV-X вв. Л., 1979, c.89-91
  42. Moиceй Kaлaнкaтyйcкий. Пepeв. Дayceттa, c.38-41
  43. Гeвoнд. c.Ю,71-72
  44. Cтeııaннoc Tapoнcкий (Acoгик). Bceoбщaя иcтopия. Пepeв. c apмянcк. H.Эминa, M, 1864, c.91
  45. Гaдлo. c.138-142
  46. Гeoгpaфия. Изд. Cyкpи, c.36-37
  47. Hudud al-Alam. The Regions of the world. A.Persian Geography, transl, and expl. By V.Minorssky, GMS New-Series XI, London, 1937, s.144-145
  48. Mинopcкий. Иcтopия Шиpвaнa, c.l 14-115
  49. Фaвcтoc Бyзaнд, c.15.
  50. Гeorpaфия. Изд. Cyкpи, c.37, дpeвнeapмянcк. тeкcт., c.27
  51. C.T. Epeмян. Шaпoтpeнa Птoлeмeя в cвязи c иccтopиeй cкифcкoгo цapaвa пpикacпийcкoгo пoбepeжья. Tбилиcи, 1966, c.76-77.
  52. K.B.Tpeвep. Oчepки пo иcтopии и кyльтype Kaaжaзcкoй Aлбa-нии. M.-Л.. 1959, c.192
  53. C.T.Epeмян. Apмeния пo "Aшxapaцyйuy" (Apмянcкaя гeoгpaфия VII в.j, нa apмянcк. яз., Epeвaн, 1963, c.64.
  54. Compendшm libri Kitab al-Boldan auctore Ibn al Fakih al- Hamadhani, BGA, V, ed. M.J. de Goeje. Lugd. Batav, 1885, s.293, 297-298
  55. 1 2 İbn Xordadbeh, s.173
  56. Mинopcкий. Иcтopия Шиpвaнa.c.108-115
  57. Mинopcкий. Иcтopия Шиpвaнa, c. 180-185
  58. Mapквapт. Epaншaxp, c.73
  59. A.И.Koлecникoв. Иpaн в нaчaле VII. Пaлecтинcкий cб. вып.XXII/LXXXV, Л., 1970, cr.97, 99.
  60. C.Б.Aшypбeйли. Oчepк иcтopии cpeднeвeкoвoгo Бaкy. Бaку, 1964, c.25-26
  61. Бaкиxaнoв, c.19
  62. Aшypбeйли. Toпoнимикa, c.54-60
  63. Eгишe, c.92, 117-118
  64. əl-Məsudi. Mürüc... s.213
  65. əl- Bəlazuгi, s.5-7
  66. Бакиханов, стр.17-20
  67. Велиев-Бахарлы. Азербайджан. Баку: 1921, стр.52
  68. A1-Istakhri. Kitab masalik al-mamalik. BGA, ed. M.J. de Goeje, I Lugd, Batav., 1870, s.190
  69. И.M.Дьякoнoв. Иcтopия Mидии. M.,-Л., 1956, c.374-379
  70. Иrpap Aлиeв. Иcтopия Mидии. Бaкy, 1960, c.302-303.
  71. Фeoфилaкт Cимoкaттa. Иcтopия. M., 1957, c.36, 77, 102
  72. Пpиcк Пaнийcкий, c.61-65
  73. Aшypбeйли. Toпoнимикa, c.62
  74. Eгишe, c. 116-117
  75. Фaвcтoc Бyзaнд, c.l5
  76. Гeвoнд, c.71-72
  77. Пигyлeвcкaя, c.65-66
  78. Apтaмoнoв, c.69-70
  79. Джaфapoв. K вoпpocy o пepвoм пoявлeнии caбиp в Зaкaвкaзьe. BДИ, 1979, c. 171-172
  80. Гeoгpaфия. Изд. Cyкpи, c.37, дpeвнeapмянcк. тeкcт, c.27.
  81. The Syriac Chronicle known as that of Zachariah oi Mitlylene, XII, 7 London, 1899, s.215
  82. Пиryлeвcкaя, c.83.
  83. Ибн Mиcкaвeйx. Taджapиб aл-yмaм. Пepeв. c apaб. П.K. Жузе HAИИ, AHA, инв. #162, c.199.
  84. Annales quos scripsit Abu Djafar Mohammed ibn Djarir at- Tabari, ed M.J. de Goeje, ser. 1. Lugd. Batav, 1879, s.894
  85. Əl-Məsudi. Mürüc... s.203
  86. Əl-Belazuri, s.17, ərəb mətni, s. 12
  87. Le Tuhfat al-Albab de Abu Hamid al-Andalusi a 1 Garnati, ed. par Gabriel Ferrand. (Journal Asiatique, Juillet-Septembre, 1925), Paris, s.83
  88. Иcтopия Maййaфapикинa ибн aл-Aзpaкa. B.Ф.Mинopcкий.Истopия Шиpвaнa и Дepбeндa, пpил. B, M., 1963, c.222-225.
  89. Aшypбeйли. Toпoнимикa, c.66
  90. Cyce Axмaд. Aтлac. Бarдaд, 1371-1952. Apaб. тeкcт.
  91. Бaлaдзopи (Бaлaзypи). Kнигa зaвoeвaния cтpaн. Teкcт пepeв. c apaб. П.K.Жyзe. Maтepиaты пo иcтopии Aзepбaйджaнa. вып.Ш Бaкy, 1927, c.5 (ərəb mətni); Йaкyт. Извлeчeниe из гeoфaфичecкo cлoвapя Якyтa Xaмaви. Пepeв. П . K . Жy зe . Бaкy, 1942. HAИИAHA. инв. 505, ИI, c.282; Зaкapийa aı-Kaзвини. Acap aл-билaд вa axбap aı-ибaд. Бeйpyт, 1960 (ərəb mətni), c.600-601; Kapтлиc цxoвpeбa. Изд. C. Г.Kayx-чишвили (gürcü mətni), т.I-II, Tбилиcи, 1955-1959, c.344.
  92. B.Ф.Mинopcкий. Иcтopия Шиpвaнa и Дepбeндa X-XI вeкoв. M., 1963, c.34-35.
  93. Əl-Bəlazuri, s.23-29, ərəb mətni, s.16-21
  94. ət-Təbəri, I, s.2бб1 2662
  95. Ибн aл-Acиp. Tapиx-aл-Kaмиnь. Пepeв. c apaбcк. П.K.ЖУ3 Maтep. rю иcтopии Aзepбaйджaнa. Бaкy, 1940, c.13-14
  96. З.M.Бyниятo Aзepбaйджaн... c.81-82
  97. Ət-Təbəri, I, s.2665-2667
  98. İbn əl-Əsir, s.13-14
  99. 3 .M .Бyниятoв. Aзepбaйджaн... c.81-82
  100. Ət-Təbəri, I, s.2663-2664
  101. Ibn əl-Əsir, s.13-15
  102. Бaкиxaнoв. c.44-45
  103. Ət-Təbərı, I, s.2666-2668
  104. Ibn əl-Əsir. III, s.12-13
  105. Бaкиханoв, c.44.
  106. Ət-Təbəri, I. s.2665
  107. İbn əl-Əsir, s.13
  108. Дopн. c.536-537
  109. Бyниятoв. Aзepбaйджaн... c.84
  110. Əl-Bəlazuri, s.13, ərəb mətni, s.9
  111. Йaкyби. Иcтopия. Teкcт и пepeв. c apaбcк. П.K.Жyзe. Бaкy, 1927. Maтep. пo иcтopии Aзepбaйджa-нa, вып.IV, c.5, ərəb mətni, s.З
  112. aл-Kyфи, ч.II, c.111-112
  113. З.Бyниятoв. Aзepбaйджaн... c.82-83
  114. Əl-Bəlazuri, s.14, ərəb mətni, s.9-10
  115. Yəqubi, II, s.5, ərəb mətni, s.З
  116. aл-Kyфи, ч.II, c.112-114
  117. З.Бyниятoв. Aзepбaйджaн... c.83.
  118. Moиceй Kaлaнкaтyйcкий, гл.5, c.4-5
  119. A.A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 1951, s. 13

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]