Anar Umarov

Vikipediya saytından
Grenzsoldat (müzakirə | töhfələr) (→‎Hərbi xidməti) tərəfindən edilmiş 09:30, 5 aprel 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Anar Umarov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yevlax, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Murovdağ,Kəlbəcər, Azərbaycan
Dəfn yeri Yevlax Şəhidlər xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2014-2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər Vətən müharibəsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Anar Umarov (tam adı: Anar Məhəmməd oğlu Umarov; 12 may 1991; Yevlax, Azərbaycan2 noyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.[1]

Həyatı

Anar Umarov 1991-ci il mayın 12-də Yevlax şəhərində anadan olub. 1998-ci ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı tam orta məktəbinə daxil olmuşdur. 2009-cu ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.

Futbol ilə məşğul olmağı sevirdi. Məktəb vaxtı 3 il profesional şəkildə futbol ilə məşğul olub. Bir çox futbol yarışlarında iştirak edib. Azərbaycan futbolçuları ilə görüşlərdə də fəal iştirak edib.

Hərbi xidməti

Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Umudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Anar Umudov oktyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Umudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar

  1. "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı"
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.

Şablon:2-ci Qarabağ müharibəsinin şəhidləri