Anar Umarov
Anar Umarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Murovdağ,Kəlbəcər, Azərbaycan |
Dəfn yeri | Yevlax Şəhidlər xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər | Vətən müharibəsi |
Təltifləri |
Anar Umarov (tam adı: Anar Məhəmməd oğlu Umarov; 12 may 1991; Yevlax, Azərbaycan — 2 noyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.[1]
Həyatı
Anar Umarov 1991-ci il mayın 12-də Yevlax şəhərində anadan olub. 1998-ci ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı tam orta məktəbinə daxil olmuşdur. 2009-cu ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır.
Futbol ilə məşğul olmağı sevirdi. Məktəb vaxtı 3 il profesional şəkildə futbol ilə məşğul olub. Bir çox futbol yarışlarında iştirak edib. Azərbaycan futbolçuları ilə görüşlərdə də fəal iştirak edib.
Hərbi xidməti
Anar Umudov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Umudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Anar Umudov oktyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Umudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
İstinadlar
- ↑ "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı"
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- 12 mayda doğulanlar
- 1991-ci ildə doğulanlar
- 29 yaşında vəfat edənlər
- 2 noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Yevlaxda doğulanlar
- Kəlbəcər rayonunda vəfat edənlər
- Yevlax Şəhidlər Xiyabanında dəfn olunanlar