Mən Cəlaləddinəm (teleserial, 2021)
Mən Cəlaləddinəm | |
---|---|
özb. Мендирман Жалолиддин | |
Janr | dram, müharibə, tarix, döyüş |
Rejissor |
Mətin Günay Nurqıssa Almurad Reza Himmeti |
Prodüser | Mehmed Bozdağ |
Yaradıcısı | Mehmed Bozdağ |
Rollarda | |
Bəstəkar |
Nodir Umarov Əziz Xolmurodov Cem Öğet |
İstehsalçı ölkə |
Türkiyə Özbəkistan |
Dil | Özbək dili |
İlk çıxış tarixi | 14 fevral 2021 |
Mövsüm sayı | 1 |
Seriya sayı | 13 |
Davametmə müddəti | 60 dəqiqə |
Telekanal | Milliy TV |
IMDb | ID14045562 |
Format |
576i HD 1080i stereo |
Mən Cəlaləddinəm (özb. Мендирман Жалолиддин, Mendirman Jaloliddin, türk. Mendirman Celaleddin) — Anuştəkinlilər sülaləsindən olan sonuncu Xarəzmşah, Çingiz xana qarşı cəsarətlə vuruşan dünya şöhrətli komandir Cəlaləddin Mənguberdiyə həsr olunmuş bir Özbək - Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və Mehmed Bozdağın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə Özbəkistanın dövlət kanalı - "Milliy TV"də nümayiş olundu.
Yaranışı
2019-cu ilin sentyabrında Daşkənddə "Mendirman Jaloliddin" serialı üzərində işə başlamazdan əvvəl, filmin ideoloji şərhini və ssenarisini müzakirə etmək üçün "Cəlaləddin Mənguberdi: həyat və filmlərdə bədii təcəssüm" adlı beynəlxalq elmi-praktik konfrans keçirildi.
Konfransda Özbəkistan, Türkiyə, Azərbaycan və İrandan olan alimlər və tarixçilər iştirak etmiş, Cəlaləddin Mənguberdinin bioqrafiyasını və o dövrdə baş verən hadisələrin şərhini müzakirə etmişlər.
Serialın çəkilişi Bozdağ Film şirkətinin sifarişi ilə olmuşdur. Serialda məşhur Özbək və Türk aktyorları rol aldı.
Bozdağ Film ərazisində o dövrün atmosferi canlandı. Türkiyədən olan yaradıcı bir qrupla iş birliyində 30 hektar ərazidə şəhərin mənzərəsi və döyüş meydanı inşa edildi. 3500 kvadratmetr ərazini əhatə edən 5.5 metr hündürlüyündə Xarəzmşahların ikimərtəbəli sarayının üstündə 1200 işçi çalışırdı.
Rollarda
Aktyor | Rolu |
---|---|
Əmrə Qıvılcım | Cəlaləddin Mənguberdi – Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu. |
Kaan Yalçın | Xarəzmşah Əlaəddin Məhəmməd. Əlaəddin Təkişin oğlu - Cəlaləddinin atası. |