Mən Cəlaləddinəm (teleserial, 2021)

Vikipediya, azad ensiklopediya
Kamil madridista (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:48, 20 aprel 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Mən Cəlaləddinəm
özb. Мендирман Жалолиддин
Janr dram, müharibə, tarix, döyüş
Rejissor Türkiyə Mətin Günay
Qazaxıstan Nurqıssa Almurad
İran Reza Himmeti
Prodüser Mehmed Bozdağ
Yaradıcısı Mehmed Bozdağ
Rollarda
Bəstəkar Nodir Umarov
Əziz Xolmurodov
Cem Öğet
İstehsalçı ölkə Türkiyə Türkiyə
Özbəkistan Özbəkistan
Dil Özbək dili
İlk çıxış tarixi 14 fevral 2021
Mövsüm sayı 1
Seriya sayı 13
Davametmə müddəti 60 dəqiqə
Telekanal Milliy TV
IMDb ID14045562
Format 576i HD
1080i stereo

Mən Cəlaləddinəm (özb. Мендирман Жалолиддин, Mendirman Jaloliddin, türk. Mendirman Celaleddin) — Anuştəkinlilər sülaləsindən olan sonuncu Xarəzmşah, Çingiz xana qarşı cəsarətlə vuruşan dünya şöhrətli komandir Cəlaləddin Mənguberdiyə həsr olunmuş bir Özbək - Türk müştərək tarixi serialı. Serial Özbəkistan Mədəniyyət və İdman Nazirliyi və Mehmed Bozdağın sahibi olduğu Bozdağ Film tərəfindən ərsəyə gətirilmişdir. İlk seriyası 14 fevral 2021-ci ildə Özbəkistanın dövlət kanalı - "Milliy TV"də nümayiş olundu.

Yaranışı

2019-cu ilin sentyabrında Daşkənddə "Mendirman Jaloliddin" serialı üzərində işə başlamazdan əvvəl, filmin ideoloji şərhini və ssenarisini müzakirə etmək üçün "Cəlaləddin Mənguberdi: həyat və filmlərdə bədii təcəssüm" adlı beynəlxalq elmi-praktik konfrans keçirildi.

Konfransda Özbəkistan, Türkiyə, Azərbaycanİrandan olan alimlər və tarixçilər iştirak etmiş, Cəlaləddin Mənguberdinin bioqrafiyasını və o dövrdə baş verən hadisələrin şərhini müzakirə etmişlər.

Serialın çəkilişi Bozdağ Film şirkətinin sifarişi ilə olmuşdur. Serialda məşhur Özbək və Türk aktyorları rol aldı.

Bozdağ Film ərazisində o dövrün atmosferi canlandı. Türkiyədən olan yaradıcı bir qrupla iş birliyində 30 hektar ərazidə şəhərin mənzərəsi və döyüş meydanı inşa edildi. 3500 kvadratmetr ərazini əhatə edən 5.5 metr hündürlüyündə Xarəzmşahların ikimərtəbəli sarayının üstündə 1200 işçi çalışırdı.

Rollarda

Aktyor Rolu
Əmrə Qıvılcım Cəlaləddin Mənguberdi – Xarəzmşahlar dövlətinin sonuncu hökmdarı. Əlaəddin Məhəmmədin oğlu
Kaan Yalçın Xarəzmşah Əlaəddin Məhəmməd. Əlaəddin Təkişin oğlu - Cəlaləddinin atası
Gülənay Qalxan Türkən Xatun. Əlaəddin Təkişin xanımı. Əlaəddin Məhəmmədin anası
Cəvahir Zakirov Çingiz xan. Görkəmli monqol hökmdarı və sərkərdəsi - Monqol İmperiyasının qurucusu
Sezgin Ərdəmir Temur Məlik. Xarəzmşahların dövlət xadimi, Xücənd valisi. Orta Asiyanı fəth edərkən Çingiz xanın qoşunlarına qarşı sərt müqavimət göstərməsi ilə məşhurdur

İstinadlar