Tofiq Hacıyev (filoloq)

Vikipediya, azad ensiklopediya
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 05:53, 5 may 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Tofiq Hacıyev
Tofiq Müzəffər oğlu Hacıyev
Tofiq Hacıyev BDU-da (2015)
Tofiq Hacıyev BDU-da (2015)
Doğum tarixi (66 yaş)
Doğum yeri Neftçala, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Müzəffər Hacıyev
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı Professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim; Müasir Azərbaycan dilçisi; Bakı Dövlət Universiteti BDU Filologiya fakültəsi dekanının 1-ci müavini (1993—2000); Filologiya elmləri doktoru (2003); professor (2003); BDU Azərbaycan dilçiliyi kafedrasında professor əvəzi (2003— h.h.); TQDK-nın nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat üzrə elmi-metodiki seminarın və ekspert qrupunun rəhbəri (— h.h.).

Həyatı

Tofiq Müzəffər oğlu Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub.[1]

Təhsili

1975-ci ildə orta məktəbi bitirib.[1]

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib.[1]

1986-cı ildə «Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.[1]

2003-cü ildə «Tabeli mürəkkəb cümlənin struktur-semantikası» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.[1]

Əmək fəaliyyəti

1987-89-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) baş laborant.[1]

1990-cı ildən BDU-da müəllim, baş müəllim, dosent işləyib.[1]

1993-2000-ci illərdə BDU Filologiya fakültəsinin dekanının 1-ci müavini işləmişdir.

BDU-da Müasir Azərbaycan dili (morfologiya, sintaksis, qrammatika problemləri) və frazeologiya fənlərindən dərs deyir.[1]

Yaradıcılığı

55 məqaləsi çap olunub.[1]

1 aspirant və 3 dissertanta rəhbərlik edib.[1]

1 kitabı nəşr olunub.[1]

Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası : filologiya elm. dok. ... dis. avtoreferatı: 10.02.02 / T. M. Hacıyev ; AMEA Nəsimi adına Dilçilik İnstitutu. - Bakı, 2003. - 70 s. ; 20,5 sm. - 100 экз.. -

Seçilmiş əsərləri

Mənbə[1]

  1. 2004, Dərəcə budaq cümləsinə dair- «Mədəniyyət dünyası»-Bakı, s.259-263
  2. 2004, Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu- Pedaqoji Universitetin Xəbərləri, Bakı, №2, s.201-204
  3. 2006, «Kitabi-Dədə Qorqud»un dilindəki frazeologizmlərin müasir taleyi. BDU Xəbərləri (humanitar seriya) №2, s.58-63

Şəxsi həyatı

Ailəlidir: 2 övladı var.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Azərbaycan dilçiliyi kafedrasıda professor əvəzi" (az.)). philology.bsu.edu.az. 2015-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.

Həmçinin bax

Xarici keçidlər