Alı Alıyev
Alı Alıyev | |
---|---|
Alı Nüşrəvan oğlu Alıyev | |
Fayl:Alı Alıyev.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, SSRİ |
Atası | Nüşrəvan Alıyev |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Alı Nüşrəvan oğlu Alıyev — (5 dekabr 1956, Şuşa, Azərbaycan SSR) — Füzuli rayonu İcra hakimiyyətinin başçısı, "Şöhrət" ordeni (2014), "Tərəqqi" medalı laureatı (2009), "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019).
Həyatı
Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, N saylı hərbi hissədə siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır.
1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır.
25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.[1]
Birinci Qarabağ müharibəsi veteranıdır.
Təltif və mükafatları
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyun 2009-cu il tarixli 311 saylı sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir[2].
Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2014 -cü il tarixli Sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 27 may 2019 -cu il tarixli 1205 nömrəli Sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.
Ailəsi
Ailəlidir. İki övladı var.
İstinadlar
- ↑ A.N.Alıyevin Füzuli rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı
- ↑ Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı işçilərinin [ölü keçid]"Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2009-cu il tarixli 311 saylı Sərəncamı