Kleoma

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.8) tərəfindən edilmiş 10:21, 26 iyun 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Kleoma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu fəsiləyə 150 növ birillik və çoxillik bitki aiddir.Onlar əsasən tropik və subtropik ərazilərdə geniş yayılmışdır.Bəzi növlər mülayim qurşaqlarda da bitir.Azərbaycanda quşayaq kleoma-C.Ornithopodioides,steven kleoması-C.steveniana növü bir çox ərazilərdə bitir.Dekorativ gülçülükdə tikanlı kleoma (C.Spinosa) növü geniş yayılmışdır.Bu kol bitkisinin hündürlüyü 130 sm-ə çatır,gülləri çəhrayı,bənövşəyi və ya yasəmən rənglidir,uzun erkəkcikləri olub,həşərat formasındadır.Hazırda gülçülükdə iki növündən istifadə olunur.Sort və hibridləri isə geniş yayılmışdır.Amerika kleoması (C.americana) gülçülükdə az istifadə olunur.Tikanlı kleoma növü hündürlüyünə və hamaşçiçəyinin formasına görə fərqlənir.Kleoma üçün mənənə təhlükəlidir,bu,cavan bitkilərə ziyan vura bilər.Kleoma qələmlə çoxaldılır.Torpağa əkildikdə bitkilər arasındakı məsafə 45 sm olmalıdır.Kleoma günəşli yerdə yaxşı bitir.Bitki hündür olduğuna görə qazonlarda tək-tək istifadə edilir.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

Kleoma:The Plant List saytında takson barədə məlumat. (ing.)