Didivan qalası

Vikipediya, azad ensiklopediya
TexnoBot (müzakirə | töhfələr) (→‎top: Şəkil→Fayl, File→Fayl using AWB) tərəfindən edilmiş 08:31, 9 iyul 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Didivan
Ölkə  Azərbaycan
Şəhər Qazax
Yerləşir Xanlıqlar
Aidiyyatı VI-VII əsrlər
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyəti

Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir.

Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Lakin divarların bəzi yerlərində mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar qalmışdır. Güman edilir ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura ziyarətgah olub. Dəlican yolu tərəfə istiqamətlənən müşahidə dəlikləri tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu sübut edir. Analoji müşahidə qalaları Coqaz çayın sahilində və Cəfərli kəndinin yaxınlığında da var.

Mənbə[redaktə | mənbəni redaktə et]