Qırmızıdağ-1 (Qızıldağ)

Vikipediya saytından
White Demon (müzakirə | töhfələr) (Kateqoriya:Naxçıvan Muxtar Respublikasının dağları silindi; Kateqoriya:Babək rayonunun dağları əlavə olundu HotCat ilə) tərəfindən edilmiş 08:15, 5 avqust 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qırmızıdağ-1 (Qızıldağ)
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1004,2 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Qırmızıdağ - Babək rayonu ərazisində dağ (hünd. 1004,2 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 4,5 km cənub-şərqdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından təşkil olunmuş  günbəzvari sıldırım yamaclı  yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir. [1]

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.