Nehrəm

NehrəmNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[2]

Nehrəm
39°06′44″ şm. e. 45°27′40″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Nehrəm xəritədə
Nehrəm
Nehrəm

[3]

Qədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Nehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
1830 İmamzadə[4] X-XVII əsrlər Nehrəm qəsəbəsi Arxeoloji Ölkə
1831 Nehrəm yaşayış yeri[5] V-XVII əsrlər Nehrəm qəsəbəsi Arxeoloji Ölkə
1877 İmamzadə (Pir)[6] Qeyd olunmayıb Nehrəm qəsəbəsi Arxeoloji Ölkə
5308 Çaylaq məscidi[7] XIX əsr Nehrəm qəsəbəsi Memarlıq Yerli
5309 Xəndək məscidi[8] XIX əsr Nehrəm qəsəbəsi Memarlıq Yerli
5310 Güllü məscidi[9] XIX əsr Nehrəm qəsəbəsi Memarlıq Yerli
5311 Hasar məscidi[10] XIX əsr Nehrəm qəsəbəsi Memarlıq Yerli
5312 Hamam[11] XIX əsr Nehrəm qəsəbəsi Memarlıq Yerli
5313 Hamam[12] XIX əsr Nehrəm qəsəbəsi Memarlıq Yerli
5314 Məscid[13] XVIII əsr Nehrəm qəsəbəsi Memarlıq Yerli
5711 C.Məmmədquluzadənin xatirə muzeyi[14] Qeyd olunmayıb Nehrəm qəsəbəsi Monumental və xatirə Yerli
6066 Qoç heykəli[15] Orta əsrlər Nehrəm qəsəbəsi Arxeoloji Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Nehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[16] 11583 5785 5798
2009[17] ↗13752 ↗6858 ↗6894

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Heydər Vəzirov — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı.
  • Münəvvər Məmmədquluzadə
  • İbrahim İbrahimov (iş adamı)
  • Səfər Mehdiyev — AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki[18]
  • Əsgər Abdullayev — AR DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı.[19]
  • Əşrəf Qasımov — General-mayor
  • Qulu Novruzov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi.
  • Həbib Rzayev — ədliyyə general-mayoru.
  • Qambay Vəzirov — general-mayor.
  • Süleyman İsmayılov — 1-ci dərəcəli dövlət müşaviri.
  • Əli Əlirzayev — millət vəkili.
  • Nazim İbrahimov — AR Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri.
  • Elçin İbrahimov (türkoloq) - alim — Azərbaycan Milli Elmlər Akademiyası, şöbəsinin müdiri.
  • Bünyamin Qəmbərli - Keçmiş Millət Vəkili, Siyasətçi
  • Əli Səbri Qasımov - (1892-1983), Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi.
  • Əli Nuriyev – Azərbaycan alimi, kimya elmləri doktoru (1972), AMEA-nın müxbir üzvü (2007).
  • İsmayıl Məmmədov — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan , Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4-cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975)
  • Vəli Əliyev — əməkdar həkim
  • Abbas Rzayev (alim) — texnika üzrə elmlər doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.

C.Məmmədquluzadə yerli əkinçilərin əməyini yüngülləşdirmək məqsədilə 1893-cu ildə Tiflisdəki "Ekker" firmasından kəndə ilk dəmir kotan gətirməyə nail olmuşdur.

2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.[20]

4.3 km məsafədən qəsəbəyə içməli su kəməri çəkilmişdir. Yaxınlığında gəc sexləri var.

Nehrəm qəsəbəsində dörd kitabxana, klub, mədəniyyət evi, poçt, rabitə şöbəsi var.

C.Məmmədquluzadə "Kişmiş oyunu" (1892), "Danabaş kəndinin əhvalatları" (1894), "Danabaş kəndinin məktəbi" (1896) əsərlərini burda yazmış, mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəb-tarix diyarşünaslıq muzeyi yaratmışdır. O, 1896-cı ildə bu kənddən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir.

Qəsəbədə Nehrəm qəsəbə 1 nömrəli, 2 nömrəli və 3 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.[21]

1885-ci ildə Nehrəmdə ilk dünyəvi məktəb açılmışdir. Cəlil Məmmədquluzadə yeddi ildən çox (15 yanvar 1890 – 10 iyul 1897) Nehrəm məktəbində müəllim və nəzarətçi işləmişdir.

Nehrəm qəsəbəsində üç orta, bir əsas, bir texniki peşə məktəbi,bir musiqi məktəbi və bir uşaq bağçası fəaliyyət göstərir.

Qəsəbədə Nehrəm qəsəbə Birinci Hüseyniyyə məscidi, 1892-ci ildə inşa edilmiş Nehrəm qəsəbə Cümə məscidi, 1894-cü ildə inşa edilmiş Nehrəm qəsəbə Güllü məscidi, 1994-cü ildə inşa edilmiş Nehrəm qəsəbə İkinci Hüseyniyyə məscidi yerləşir.[22]

Qəsəbədə qəsəbə sahə xəstəxanası, doğum evi fəaliyyət göstərir.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  2. "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX.
  4. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 58" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  5. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 58" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  6. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 58" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  9. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  10. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  11. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  12. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  13. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  14. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 146" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  15. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
  16. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
  17. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 37". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  18. "Arxivlənmiş surət". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  19. "Arxivlənmiş surət". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
  20. "Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 27 avqust 2014, 18:15. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
  21. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
  22. "Seyyid Əliəsgər Behburlu (tərtibçi). Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı: Beynəlxalq Əlhuda Nəşriyyatı, 2001, səh. 215-216" (PDF). 2019-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]