Kvark ulduzu

Vikipediya saytından
Atabeg00 (müzakirə | töhfələr) ("Kvark ulduzu" səhifəsi yaradıldı.) tərəfindən edilmiş 16:00, 31 avqust 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Kvark ulduzu — varlığı isbat edilməmiş və var olma ehtimalı çox az oldan ulduz tipidir.

Tarixi

Kvark ulduzu ilə əlaqədar olan ilk fərziyyə 1965-ci ildə sovet fizik Dmitri İvanenko və D. Kurdqelaidze tərəfindən irəli sürülmüşdür. Lakin, bu ulduz haqqında olan bütün fərziyyələr və ulduzun varlığı indiyə kimi isbat edilməmişdir.

Xüsusiyyətləri

Saf kvarkdan ibarət olan bu ulduzun mövcud olması üçün ulduz öləndə baş verən cazibə içə çökməsi zamanı protonları çox yüksək təziq altında kvarklara parçalanmalıdır. Bundan başqa, ölən ulduz ağ cırtdan ola bilməyəcək qədər böyük, qara dəlik ola bilməyəcək qədər də kiçik olmalıdır. Sıxlıqları neytron ulduzlarına nəzərən daha çoxdur və ortalama 5-10 km radiuslarının, 7-10 milyon il ömürlərinin olduğu təxmin edilir. Ömrlərinin bitirəndən sonra qara dəliyə çevrilirlər.

Namizəd ulduzlar

  • RX J1856.5-3754 Günəş sistemimdən 150 işıq ili uzaqlıqda yerləşmiş bir şəkildə və neytron ulduzu olaraq kəşf edildi. Lakin J.J Dreyk və həmkarları 2002-ci ildə Çandra kosmik teleskopu ilə əldə olunan dəqiq məlumatlardan istifadə edərək bu cismin kvark ulduzu olduğunu ola biləcəyini irəli sürdü. Onların verdiyi məlumatlara görə cismin radiusu 3,8-8,2 km [1](neytron ulduzlarında 12 km) arasındadır və təxminən 400 işıq ili uzaqlıqda yerləşir. Bu radius isə bir neytron ulduzu üçün çox kiçik idi. Bundan sonrakı inkişaf etmiş təchizatlarla aparılan hesablamalarda Dreykin və həmkarlarının verdiyi təxmini məsafə doğrulandı, amma cismin radiusunun daha böyük olduğu ortaya çıxdı.
  • Kanadanın Kalqari Universitetinin elm adamları 18 sentyabr 2006-cı ildə kəşf edilən parlaq süpernova SN 2006gy qalıntılarının kvark ulduzu ol biləcəyini irəli sürdülər.

Xarici keçidlər

Mənbə

  1. Is RX J1856.5–3754 a Quark Star?