Rəvan Quliyev
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Rəvan Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şirvan, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur. |
Dəfn yeri | Astanlı kəndi, Neftçala rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
Rəvan Mərdan oğlu Quliyev (17 iyul 2001; Şirvan, Azərbaycan — 24 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Həyatı
Rəvan Quliyev 17 iyul 2001ci ildə Şirvan şəhərində anadan olub.Əslən Neftçalalı olan Rəvan Quliyev 2007- ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçmüşlər.Ailədə 2 qardaş olublar.Anası və özündən 2 yaş kiçik qardaşıyla yaşayırdı.Rəvan 2007-ci ildə Bakı şəhər Səbail rayonunun 51 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub.6 il orda oxuduqdan sonra 2013-cü ildə ailə probleminə görə Neftcala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orda orta məktəbin 7-ci sinfinə getmişdir.1 il orda oxuduqdan sonra yenidən Baki şəhərinə köçmüşlər.9-cu sinfi Bakı şəhər Səbail rayonunun 51 saylı məktəbində bitirmiş və bərbərlik sənətinə yiyələnmişdir.Özünün ən böyük arzusu məşhur futbolçu olmaq idi
Hərbi xidməti
2020-ci il yanvar ayının 7-də Neftcala rayon hərbi komissarlıqdan Ağcabədi rayonuna həqiqi hərbi xidmətə getmişdir.3 ay orda xidmət etdikdən sonra Füzuli rayonunun N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir.27 sentyabrda başlayan Vətən müharibəsinə qatılmış və Cəbrayıl,Füzuli,Zəngilan Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 25 oktyabrda Neftcala rayon Astanlı kənd qəbirstanlığında dəfn olunmuşdur.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[1].
- (25.12.2020) — "Fizulinin azad olunmasına görə" medalı (ölümündən sonra)[2]
- (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[3]
İstinadlar
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.). 15 dekabr 2020. İstifadə tarixi: 6 sentyabr 2021.
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
- ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). İstifadə tarixi: 6 sentyabr 2021.
- 17 iyulda doğulanlar
- 2001-ci ildə doğulanlar
- 19 yaşında vəfat edənlər
- 24 oktyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər