Aşağı Qaramanlı – Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.
AŞAĞI QARAMANLI | |
---|---|
39°26′30″ şm. e. 49°01′31″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Neftçala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin adı türkdilli qədim qaramanlı (qaraimanlı kimi də qeydə alınmışdır) tayfasının adı ilə bağlıdır. Oykonimin əvvəlinə aşağı sözü onu digər eyniadlı kənddən fərqləndirmək üçün əlavə edilmişdir.[1]
Keçmiş Nuruş Əliyev adına kolxoz bu kənd ərazisində yerləşirdi. Kəndin Lapatin adlanan hissəsində talışlar məskunlaşmışdır və buranın əhalisi Lerikin Lapatin adlı ərazisindən gəlmişdir.
Rayon mərkəzindən 28 km şimal-qərbdə, Salyan—Neftçala şose yolu kənarında, Kür çayının sağ sahilində, Salyan düzündədir.
Neftçala rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |