Rəvan Quliyev

Vikipediya saytından
Leyla Mamedva (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:53, 16 sentyabr 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Rəvan Quliyev
Fayl:Quliyev Rəvan.jpg
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şirvan, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur.
Dəfn yeri Astanlı kəndi, Neftçala rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020

Rəvan Mərdan oğlu Quliyev (17 iyul 2001; Şirvan, Azərbaycan — 24 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Həyatı

Rəvan Quliyev 17 iyul 2001ci ildə Şirvan şəhərində anadan olub. Əslən Neftçalalı olan Rəvan Quliyev 2007- ci ildə ailəsi ilə bərabər Bakı şəhərinə köçmüşlər. Ailədə 2 qardaş olublar. Anası və özündən 2 yaş kiçik qardaşıyla yaşayırdı. Rəvan 2007-ci ildə Bakı şəhər Səbail rayonunun 51 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 6 il orda oxuduqdan sonra 2013-cü ildə ailə probleminə görə Neftcala rayonunun Aşağı Qaramanlı kəndinə köçmüş və orda orta məktəbin 7-ci sinfinə getmişdir.1 il orda oxuduqdan sonra yenidən Baki şəhərinə köçmüşlər. 9-cu sinfi Bakı şəhər Səbail rayonunun 51 saylı məktəbində bitirmiş və bərbərlik sənətinə yiyələnmişdir. Ən böyük arzusu məşhur futbolçu olmaq idi.

Hərbi xidməti

Rəvan Quliyev 7 yanvar 2020-ci il tarixində Neftcala RHK-dan Ağcabədi rayonuna həqiqi hərbi xidmətə yollanmışdır. 3 ay orda xidmət etdikdən sonra Füzuli rayonunun N saylı hərbi hissəsində xidmətini davam etdirmişdir. O, 27 sentyabrda başlayan Vətən müharibəsinə qatılmış və Cəbrayıl,Füzuli,Zəngilan Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəvan Quliyev oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Oktyabrın 25-də Neftcala rayon Astanlı kəndində dəfn olunmuşdur.

Təltifləri

İstinadlar

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" (az.). 15 dekabr 2020. İstifadə tarixi: 6 sentyabr 2021.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2021.
  3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). İstifadə tarixi: 6 sentyabr 2021.