Rəşid Axriyev

Vikipediya saytından
Xayala Mammadli (müzakirə | töhfələr) (→‎I Dünya müharibəsi) tərəfindən edilmiş 13:51, 14 oktyabr 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Rəşid Axriyev
Şəxsi məlumatlar
Doğum tarixi 1893
Vəfat tarixi 20 yanvar 1942(1942-01-20)
Vəfat səbəbi döyüşdə ölüm
Milliyyəti inquş
Atası Çax Axriyev
Təhsili
  • Tiflis Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyasıSSRİ SSRİ
Qoşun növü Hərbi hava qüvvələri
Xidmət illəri 1914—1942
Döyüşlər I Dünya müharibəsi
Böyük Vətən müharibəsi

Rəşid (Bəy) Çaxoviç Axriyev (1893-1942) — Şimali Qafqaz xalqlarının ilk pilotu; Tacikistanın "Aviasiya Pioneri";[1] İnquşetiyanın ilk pilotu.[2]

Xüsusi eskadronun tərkibində hərbi vəzifəsini yerinə yetirərkən 1942-ci ildə vəfat edir.

Həyatı

Erkən illəri

1893-cü ildə Rusiya imperiyası, Terek vilayəti, Nazran rayonu, Furtouq kəndində - indi İnquşetiya Respublikasının Ceyraxski rayonunda anadan olub. Mənşəcə inquş olan Rəşidin atası rus etnoqraf və pedaqoqu Çax Axriyev, anası isə Aişa Bazorkina idi. Gimnaziyada təhsil alır, sonra 1914-cü ildə Tiflis hərb məktəbinə daxil olur və oranı bitirir.[3]

I Dünya müharibəsi

I Dünya müharibəsində iştirak edən Rəşid iki dəfə yaralanıb. Çap olunmuş mənbələrə görə, müharibə illərində 10 bombardmançı İlya Murometsdən ibarət Rusiya İmperiyası Hava Qüvvələrinin hava bölməsində xidmət etmişdir. O, rus aviasiyasının hərbi əməliyyatlarına qatılaraq alman qoşunlarını bombalayır (rabitə, anbarlar və s).[4]

Birinci Dünya müharibəsinə 27 iyul 1917-ci il tarixində qatıldı və Qatçina Hərbi Aviasiya Məktəbini (Farman IV və Moran Parasol təyyarələrində ixtisaslaşmış) müvəffəqiyyətlə başa vurur və Rusiya İmperiyası Hava Qüvvələrinin zabit-aviatoru olur. 9 avqust 1917-ci il tarixində qərargah kapitanı R.Axriyev Cənub-Qərb cəbhəsi Aviasiya Müfəttişinin sərəncamına verilir. İnqilabdan sonra digər aviatorlarla birlikdə Türkiyəyə mühacirət edir. Almaniya tərəfində döyüşərək Alman pilotları ilə birlikdə ingilis və fransız qoşunlarının mövqelərinin bombalanmasında iştirak edir. SSRİ əfvi elanı verdikdən sonra vətəninə qayıdır.[5][6]

Qırmızı Ordu sıralarında

Böyük Vətən müharibəsində iştirakı

Ailəsi

İstinadlar

  1. А. Ларенок, В. Гладкий, В. Блашкевич. Это начиналось так... // Крыльям Таджикистана — 70. Страницы героизма и славы авиаторов Таджикистана. Душанбе. 1994.
  2. Российская музейная энциклопедия: Н-Я
  3. "Газдиевы-Базоркины в истории Ингушетии и России". Сердало. 2011-04-04. 2013-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
  4. Р. Аушева. "Родом он из Фуртоуга". Газета «Голос Назрани». 2013-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
  5. Ахриев Рашид-Бек Чахович — Офицеры русской императорской армии
  6. "Ахриев Рашид-Бек Чахович". İstifadə tarixi: 2013-01-13.

Ədəbiyyat