Çax Elmurziyeviç Axriyev (10 may 1850, Furtouq, Terek vilayəti — 29 aprel 1914, Vladiqafqaz) — Rus alimi, ilk inquş etnoqrafı, tarixçi və hüquqşünası.
Çax Axriyev | |
---|---|
Çax Elmurziyeviç Axriev | |
Doğum tarixi | 10 may 1850 |
Vəfat tarixi | 29 aprel 1914 (63 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | inquş |
Elm sahəsi | etnoqrafiya |
Alma-mater |
Stavropol klassik kişi gimnaziyası (1868) Nejinski Hüquq Liseyi (1874) |
Tanınır | ilk İnquş etnoqrafı |
10 may 1850-ci ildə Terek vilayətinin Furtoug kəndində Ceyrax nəslinin ağsaqallı Elmurza Axriyevin ailəsində anadan olmuşdur. Anası Xamatxanovlar sülaləsindən idi. Milliyətcə çeçendir.
1850–1860-cı illərdə Qafqaz müharibəsinin son dövrü — Qafqaz bölgəsinin Rusiya imperiyası tərəfindən işğalı sona çatdı. Fərdi müqavimət mərkəzlərini "sakitləşdirmək" üçün keçirilən hərbi əməliyyatlardan birində, 7 yaşlı Çax Axriyev, digər oğlanları arasından seçilərək rus qoşunlarının dəstəsi tərəfindən əsir götürüldü. O, bir müddət girov qaldı. Uşağı girov saxlamaqda əsas məqsəd kəndin və Ceyrax nəslinin Rusiya imperiyasına sadiq qalmasını təmin etmək idi.[1]
Çax Axriyev ruslar tərəfindən Vladiqafqaz qalasına gətirildi və burada hərbi kanton məktəbinə göndərildi (1857–1862). Rus ordusunda zabit olan əmisi Temurko Axriyevin köməkliyi sayəsində Vladiqafqazdakı vəziyyəti digər girov uşaqlardan bir qədər yaxşı idi.[2] O, Rusiya hakimiyyəti tərəfindən hörmət və daha çox azadlığa sahib idi. Sonradan o, öz uşaqları olmayan bir rus polkovnikinin ailəsi tərəfindən ödladlığa qəbul edildi.[3]
1862–1868-ci illərdə Çax, dağlı ziyalılarının əhəmiyyətli bir hissəsinin yaradıcılıq və elmi karyerasına başladığı Stavropol gimnaziyasında oxudu. 1860–1870-ci illərdə Rusiya imperiyasında Şimali Qafqaz və Qafqazşünaslığın tarixi-etnoqrafik tədqiqatı təşviq edilirdi. Çax Axriyev sə bu təşviq proqramına qoşuldu.[2]
Gimnaziyanı bitirdikdən sonra xəstəlik üzündən iki il evdə keçirdi (1868–1870).[1] Bu dövrdə ədəbi fəaliyyətinin başlanğıcının əsasının qoyan folklor və etnoqrafik materiallar toplamaqla məşğul odu. 1871–1873-cü illərdə əsərlərini "Qafqaz dağlıqları haqqında məlumat toplusu"nda (Tiflis) və "Terek xəbərləri" qəzetində nəşr etdirmişdir. Terek vilayətinin müxtəlif bölgələrini, xüsusən Assinski dərəsini və Nazran rayonunu gəzməyə müvəffəq oldu. Əsasən etnoqrafik xarakter daşıyan əsərlərində İnquşetiyanın dağ kəndlərinin ağsaqqallarının söhbətlərini toplayırdı. Bu ağsaqallar təkcə XVIII əsrin İnquş mədəniyyətinin hadisələri və mərasimlərinin şahidi olmamış, həm də atalarının həyatı haqqında hekayələri xatırlayırdılar. Əsərlərində inquş xalqının həyat tərzi, mifləri, əfsanələri, ayinləri, qədim dini kultları, adət qanunu, ayinləri, bayramları və etnogenetik əfsanələri təsvir edirdi. Bundan əlavə, Çax Axriyev inquşların Nart eposunun elementlərini ilk dəfə təsvir etmişdir.[2]
Daha sonra Çax Axriyevin əsərləri "İnquş" (1996) və "Çax Axriyevin əsərləri"(2000) kitablarında yenidən nəşr olundu. Sağlığında Qafqaz alimləri, arxeoloqlar, etnoqraflar, rus hüquqşünasları F. İ. Leontoviç, B. K. Dalqat, M. M. Kovalevski və başqaları Çax Axriyevin əsərlərinə müraciət etmişlər. Onun materialları əsasında dissertasiyalar yazılır.[2]
Çax Axriyev 1870–1874-cü illərdə Nijin Liseyində təhsil almış, bundan sonra "Xalqçılıq" hərəkatı ilə əlaqələrinə görə qeyri-rəsmi sürgündə olmuşdur. Bu müddətdə o, Yelizavetpol quberniyasında (indiki Azərbaycan) Yevlax və Nuxa şəhərlərinin müxtəlif inzibati orqanlarında çalışmışdır.[2] Sürgündə olduğu vaxt bədii yaradıcılıqla məşğul olmuşdur.[1]
1874-cü il oktyabrın 16-da Çax Axriyev Tiflis Ədliyyə Məhkəməsində 8 il hakim köməkçisi və məhkəmə müstəntiqi olaraq çalışmışdır. 24 noyabr 1882-ci ildə Yelizavetpol quberniyasının rayonlarında dövlət mülkiyyətinin idarə edilməsi üzrə agent təyin edildi və 31 yanvar 1889-cu ildən etibarən məskunlaşmış torpaqlara nəzarət etmək üçün xüsusi tapşırıqlarda vəzifəli şəxs olaraq çalışdı. 27 may 1897-ci ildən Nuxa həbsxanasında şöbə müdiri olmuşdur. 23 oktyabr 1900-cü ildən etibarən Yelizavetpol quberniyasının dövlət torpaqları üzrə kiçik nəzarətçi vəzifəsində çalışmışdır.[1]
28 sentyabr 1912-ci ildə sağlamlıq səbəbiylə kollegial məsləhətçi rütbəsi ilə işdən azad edildi və Vladiqafqaza qayıtdı. 29 aprel 1914-cü ildə şəkərli diabet səbəbindən vəfat etdi.[4] Doğulduğu Furtouge kəndində dəfn olunmuşdur.[1]
Qızı Nina Çaxovnanın xatirələrinə görə, atası təvazökar və sadə bir insan idi, ünsiyyətcil və şən bir xasiyyətə malik idi.[2] Axriyevlərin evində böyük bir kitabxana mövcud idi. Çax özü bir çox qəzet və jurnallara abunə yazılmışdı.[4]
Bəzi nəşrləri:[1]
Çax Axriyev evli olmuş, beş övladı — üç oğlu və iki qızı vardır.[4]
Oğulları və qızları:
İnquş Humanitar Elmlər Araşdırma İnstitutu Çax Axriyevin şərəfinə adlandırılmışdır.[2] 2005-ci ildə Çax Axriyev ölümündən sonra "etnoqrafiya sahəsində uzunmüddətli elmi fəaliyyətinə görə" Şərəf ordeni ilə təltif edilmişdir.[5]