İnquşetiya

İnquşetiya (rus. Республика Ингушетия, inquş ГIалгIай Мохк) — Rusiya Federasiyası subyektlərindən biri.

İnquşetiya
ГӀалгӀайчe
Bayraq Gerb[d]
Bayraq Gerb[d]

43°12′ şm. e. 45°00′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Maqas
Dövlət Başçısı Mahmud-Əli Kalimatov
Hökumət sədri Vladimir Slastyonin
Tarixi və coğrafiyası
Yaradılıb 4 iyun 1992
Sahəsi
  • 3.128 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 527.200 nəf. (2024)
Rəsmi dili İnquşcaRusca
Rəqəmsal identifikatorlar
ISO kodu RU-IN
Avtomobil nömrəsi 06, ИН[2]
Rəsmi sayt
İnquşetiya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1810-cu ildə İnquşetiya Rusiya imperiyasının tərkibinə daxil olur. 1924-cü ildə İnquş Muxtar vilayəti yaradılır və 1934-cü ildə Çeçen Muxtar vilayəti ilə birləşir. 1944-cü ildə Çeçen-İnquş Muxtar vilayəti ləğv edilir, əhalisi köçürülür. Muxtar ərazinin bərpası 1957-ci ildə reallaşır. 1992-ci ildən İnquşetiya Respublikası kimi fəaliyyət göstərir.

İnquşetiya Böyük Qafqazın şimal yamacının mərkəzi hissəsində yerləşir. Həmçinin, burada Çeçen düzənliyi də var. İqlimi kontinental olub, yanvarın orta tempraturu -3 °S; -10 °S, iyulun isə 21-23 °S təşkil edir. Yağıntıların illik miqdarı 1200 mm-dir. Düzən ərazilərdə çəmən, yüksəkliklərdə qaratorpaqlar, çay dərələrində allüvial, dağlarda isə dağ-meşə və dağ-çəmən torpaqları yayılmışdır. Əsas çayı Sunjadır. Çöl, meşə-çöl zonasının bitkiləri, dağlarda 2200 m hündürlüyə qədər enliyarpaqlı meşələr, daha yüksəklikdə isə alp və subalp çəəmənləri mövcuddur. Rəngarəng heyvanat aləmi yayılmışdır. Təbii şərait əhalinin həyat fəaliyyəti, eləcə də rekreasiya və kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Ərazidə çirklənmiş və eroziyaya uğramış torpaqlar vardır. Təbii ehtiyatlardan neft,qaz, müxtəlif tikinti materialları mövcuddur.İnquşlar qonaqpərvər millətdi.

İnquşetiya çoxmillətli respublikadır. Ərazidə 70-ə qədər xalq yaşayır: inquşlar (74%), çeçenlər (10%), ruslar (13%), ukraynalılar, qumuqlar, avarlar, tatarlar və s.

Xalq Say,
nəfər (2002)
% Say,
nəfər (2010)
%
İnquşlar 361057 77,27 % 385537 93,46 %
Çeçenlər 95403 20,42 % 18761 4,55 %
Ruslar 5559 1,19 % 3215 0,78 %
Türklər 903 0,19 % 732 0,18 %
Qumuqlar 136 0,03 % 118 0,03 %
Kistinlər 113 0,03 %
Avarlar 102 0,02 % 101 0,02 %
Gürcülər 323 0,07 % 100 0,02 %
Ukraynalılar 189 0,04 % 91 0,02 %
Azərbaycanlılar 123 0,03 % 83 0,02 %
Qaraçılar 44 0,01 % 75 0,02 %
Osetinlər 106 0,02 % 74 0,02 %
başqaları 3087 0,66 % 632 0,15 %
milliyətini
göstərmədi
262 0,06 % 2897 0,70 %
Cəmi 467294 100,00 % 412529 100,00 %