Tofiq Hacıyev (filoloq)
Tofiq Hacıyev | |
---|---|
Tofiq Müzəffər oğlu Hacıyev | |
| |
Doğum tarixi | |
Doğum yeri | Neftçala, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim; Müasir Azərbaycan dilçisi; Bakı Dövlət Universiteti BDU Filologiya fakültəsi dekanının 1-ci müavini (1993—2000); Filologiya elmləri doktoru (2003); professor (2003); BDU Azərbaycan dilçiliyi kafedrasında professor əvəzi (2003— h.h.); TQDK-nın nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat üzrə elmi-metodiki seminarın və ekspert qrupunun rəhbəri (— h.h.).
Həyatı
Tofiq Müzəffər oğlu Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub.
Təhsili
1975-ci ildə orta məktəbi bitirib.
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib.
1986-cı ildə «Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
2003-cü ildə «Tabeli mürəkkəb cümlənin struktur-semantikası» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Əmək fəaliyyəti
1987-89-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) baş laborant.
1990-cı ildən BDU-da müəllim, baş müəllim, dosent işləyib.
1993-2000-ci illərdə BDU Filologiya fakültəsinin dekanının 1-ci müavini işləmişdir.
BDU-da Müasir Azərbaycan dili (morfologiya, sintaksis, qrammatika problemləri) və frazeologiya fənlərindən dərs deyir.
Yaradıcılığı
55 məqaləsi çap olunub.
1 aspirant və 3 dissertanta rəhbərlik edib.
1 kitabı nəşr olunub.
Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası : filologiya elm. dok. ... dis. avtoreferatı: 10.02.02 / T. M. Hacıyev ; AMEA Nəsimi adına Dilçilik İnstitutu. - Bakı, 2003. - 70 s. ; 20,5 sm. - 100 экз.. -
Seçilmiş əsərləri
- 2004, Dərəcə budaq cümləsinə dair- «Mədəniyyət dünyası»-Bakı, s.259-263
- 2004, Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu- Pedaqoji Universitetin Xəbərləri, Bakı, №2, s.201-204
- 2006, «Kitabi-Dədə Qorqud»un dilindəki frazeologizmlərin müasir taleyi. BDU Xəbərləri (humanitar seriya) №2, s.58-63
Şəxsi həyatı
Ailəlidir: 2 övladı var.[1]
Həmçinin bax
Mənbə
- "Azərbaycan dilçiliyi kafedrasıda professor əvəzi" ( (az.)). philology.bsu.edu.az. 2015-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
Xarici keçidlər
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;bsu
adlı istinad üçün mətn göstərilməyib