Abdullah bin Cəhş

Vikipediya saytından
Qolcomaq (müzakirə | töhfələr) (→‎İstinadlar) tərəfindən edilmiş 20:44, 26 dekabr 2021 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Abdullah bin Cəhş
Doğum tarixi 580
Doğum yeri
Vəfat tarixi 625
Fəaliyyəti Səhabə

Abdullah bin Cəhş (580, Məkkə625, ərəb. عبد الله بن جحش‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Qüreyş qəbiləsinin Bənu Üməyyə qolunun Banu Əsəd ibn Xuzeym soyunun nümayəndəsi olmuşdur. Anası Umeymə bint Əbdülmüttəlib Məhəmmədin bibisi olmuşdur.

Tam adı Abdullah ibn Cəhş ibn Riab ibn Yəmər ibn Səbra ibn Murra ibn Əsəd ibn Huzeymədir. O, qardaşları Ubeydullah və Əbu Əhmədlə birlikdə İslamı erkən qəbul edənlərdəndir. Həbəşistana hicrətdə iştirak etmişdir. Ubeydullah xristian olur və oradaca ölür, lakin Abdullah Məkkəyə qayıdır və hamısı Mədinəyə hicrət edən birləşmiş qrupunun ən görkəmlisi olur. Onun bacısı Zeynəb Məhəmməd peyğəmbərin həyat yoldaşı idi. O, Nəxlədə Qureyşləri öldürdüyünə görə tənqid olunur. Bədr döyüşündə vuruşur. 40-50 yaşları arasında Uhud döyüşündə şəhid olur. Abdullah ibn Cəhş döyüşdə Əhnas ibn Şərik tərəfindən öldürülür[1].

  1. Muhammad ibn Saad. Bewley, A. (translator) (redaktor). Tabaqat – The Companions of Badr. 3. London: Ta-Ha Publishers. 2013. səh. 68. Abdullah was about forty on the day he was killed.