Abdullah bin Cəhş (580, Məkkə – 625, ərəb. عبد الله بن جحش) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Qüreyş qəbiləsinin Bənu Üməyyə qolunun Banu Əsəd ibn Xuzeym soyunun nümayəndəsi olmuşdur. Anası Umeymə bint Əbdülmüttəlib Məhəmmədin bibisi olmuşdur.
Abdullah bin Cəhş | |
---|---|
Doğum tarixi | 580 |
Doğum yeri | |
Vəfat tarixi | 625 |
Fəaliyyəti | Səhabə |
Tam adı Abdullah ibn Cəhş ibn Riab ibn Yəmər ibn Səbra ibn Murra ibn Əsəd ibn Huzeymədir. O, qardaşları Ubeydullah və Əbu Əhmədlə birlikdə İslamı erkən qəbul edənlərdəndir. Həbəşistana hicrətdə iştirak etmişdir. Ubeydullah xristian olur və oradaca ölür, lakin Abdullah Məkkəyə qayıdır və hamısı Mədinəyə hicrət edən birləşmiş qrupunun ən görkəmlisi olur. Onun bacısı Zeynəb Məhəmməd peyğəmbərin həyat yoldaşı idi. O, Nəxlədə Qureyşləri öldürdüyünə görə tənqid olunur. Bədr döyüşündə vuruşur. 40-50 yaşları arasında Uhud döyüşündə şəhid olur. Abdullah ibn Cəhş döyüşdə Əhnas ibn Şərik tərəfindən öldürülür[1].
Abdullah was about forty on the day he was killed.