Cahangir xan Nuribəyov

Vikipediya saytından
Enver62 (müzakirə | töhfələr) (Yeni səhifə: {{Şəxslər |şəkil = |şəkil məlumat= |şəkil miqyası = |Adı = CAHANGİR XAN NURİBƏYOV |Tam Adı = Cahangir xan Hacı Böyük bəy oğlu Nuribəyov |Digər Adları = |...) tərəfindən edilmiş 13:20, 10 fevral 2010 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
CAHANGİR XAN NURİBƏYOV
Doğum tarixi 1861
Doğum yeri
Vəfat tarixi 1934
Vəfat yeri

|}

Cahangir xan Hacı Böyük bəy oğlu Nuribəyov-(), "Difai" təşkilatının üzvü


Həyatı

Cahangir xan Hacı Böyük bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ata tərəfdən Qatırçı Murad bəyin, ana tərəfdən Bəhmən mirzə Qovanlı-Qacarın nəslindəndir. Şuşa real məktəbini bitirmişdi. Mülkədar idi. Şuşa şəhərində karvansatası, Cavanşir, Şuşa və Zəngəzur qəzalarında xeyli mülkü vardı. Maarifpərvər adam idi. Şuşa şəhər dövlət ibtidai məktəbinin fəxri nəzarətçisi vəzifəsini daşıyırdı.

Cahangir xan Nuribəyov vətənpərvər bir şəxsiyyət idi. O, “Difai” təşkilatının və onun qolu “Qarabağ məclisi”nin üzvü idi. “Qarabağ məclisi”nin Şuşa komitəsinə doktor Kərim bəy Mehmandarov başçılıq edirdi. O, 1883-cü ildən Şuşada həkim işləyirdi. Onun köməkçisi Cahangir xan Nuribəyov idi.Komitənin katibi Şuşa qarşılıqlı-kredit bankının direktoru Xuduş Quliyev idi. İcraiyyə idarəsinə və hərbi təşkilata Məşədi Şamil Hacıyev başçılıq edirdi.

Komitənin üzvüləri: Muxtar bəy Muradov, İsmayıl bəy Daruğa Axundov (bazar darğası), Süleyman Əsgərov (tacir), Hacı Sadıq Məmmədov, Məşədi Cəfər oğlu (İran təəbəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzə Hüseyn Kərim oğlu Münşizadə, Əfrasiyab Əzimov, Kərbəlayı Yusif Mirsiyabov və başqaları-cəmi 18 nəfər.

Cahangir xan 1934-cü ildə Bakı şəhərində vəfat edib.


Ailəsi

Cahangir xanın Xudaverdi bəy, Lütfəli bəy adlı oğlanları, Güvara xanım, Rüxavsa xanım, Zərifə xanım, Mərhəmət xanım və Şəfiqə xanım adlı qızları vardı.

Həmçinin Bax